Tramp Hörmüzdə hərbi dəniz köməyi istəyir
ABŞ prezidenti Donald Tramp ölkəsinin müttəfiqlərini Hörmüz boğazında gəmilərin hərəkətinin bərpasına kömək etmək üçün dəniz qüvvələri göndərməyə çağırıb. Prezident bu köməyi göstərməyən ölkələri tənqid edib.

"Bəzi ölkələrin qüvvələri artıq ora çatmaq üzrədir. Okeandan keçmək vaxt aparır, amma gerçəkdən buna həvəsi olanlar da var. Bəziləri o qədər də həvəsli deyil və güman edirəm, bəziləri bunu etməyəcək",
Tramp Ağ Evdə tədbirdə deyib, amma konkret ölkə adı çəkməyib.

ABŞ-İsrail fevralın 28-də İrana hava hücumlarına başlayıb. Tehran isə cavabında boğazda gəmiləri təhdid edərək silahlara əl atıb, bu boğaz vasitəsilə Fars körfəzindən keçidi faktiki olaraq dayandırıb. Dünyada neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Hörmüzdən keçir. Boğazın bağlanması isə tədarükü çətinləşdirib, neftin qiymətini yüksəldib, müharibənin qlobal iqtisadiyyata, insanların cibinə daha çox təsir göstərəcəyi sarıda narahatlıqları gücləndirib.

Tramp onu da deyib ki, Fransa prezidenti Emmanuel Makronla boğazın təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaqdan danışıb. O, Makronun cavabını "10-luq şkala üzrə səkkiz" kimi təsvir edib, Fransanın kömək edəcəyinə əminliyini bildirib.

O, Britaniyanın "ən köhnə müttəfiqimiz" olmasına baxmayaraq dəstək verməkdən çəkinməsini tənqid edib. Tramp baş nazir Kir Starmerdən "narazı"lığını dilə gətirib, amma Birləşmiş Krallığın da qatılacağına inandığını deyib. Starmer daha öncə Hörmüzün yenidən açılması üçün "məqbul" variant istədiyini bildirmişdi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google