Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət
dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin statistika məlumatlarına əsasən, bu,
2024-cü illə müqayisədə 29,7 faiz azdır.
Bu dövr üzrə ixracın həcmi 23,1 faiz azalaraq 3 milyard 665. milyon
dollar təşkil edib. İdxal da 37,2 faiz azalaraq 2 milyard 599
milyon dollara
bərabər olub.
Ötən il xarici ticarətin müsbət saldosu 1 milyard 65.7 milyon
dollar təşkil etmişdi.İndi bu 628 milyon dollara düşüb.
Azərbaycan sənayesində artım tempi yenə düşür
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar 2026-cı ilin yanvar-fevral aylarında 9,3 milyard
manat məbləğində məhsul istehsal ediblər. Bu barədə Dövlət
Statistika Komitəsi (DSK) bu gün, martın 17-də məlumat yayıb.
Komitə bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə 0,5 faiz çoxdur:
“Emal sənayesində 2026-cı ilin
yanvar-fevral aylarında daha çox artım avtomobil, qoşqu,
yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının , əczaçılıq
məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması,
təmiri işləri sahələrində olub”.
DSK bundan əvvəl 2026-cı ilin yanvarında əvvəlki ilin yanvar ayı
ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edildiyini
açıqlamışdı. Onda komitə əlavə edirdi ki, neft-qaz sektorunda
məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz
artıb.
2025-ci ildə isə ümumilikdə 2024-cü illə müqayisədə sənayə
istehsalının 1 faiz azaldığı bildirilmişdi.
Rəsmi açıqlamada senaye istehsalında artım tempinin yenidən aşağı
düşməsinin konkret səbəbləri açıqlanmır. Amma ekspertlər bunu
neft-qaz sektorunda yaranan vəziyyət ilə izah edirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.