Marneuli yerli özünüidarəetməsi bələdiyyənin Axlılələ kəndində
daxili yolların təmirini həyata keçirməyi planlaşdırır.
Bələdiyyə tərəfindən elan edilmiş tenderə əsasən, kənddə yollar 5
hissədə təmir olunacaq.
“Layihəyə əsasən, ərazi Marneulinin inzibati vahidində
yerləşir və Axlılələ kəndinin daxili yollarını əhatə edir. Yol 5
hissədən ibarətdir: 1-ci hissə 615 metr, 2-ci hissə 403 metr, 3-cü
hissə 209 metr, 4-cü hissə 104 metr, 5-ci hissə isə 62 metrdir. Beş
hissənin hamısı tamamilə çınqıldan ibarətdir və sıx məskunlaşmış
ərazilərdə yerləşir. Hər hissədə yol kənarına qovşaqlar və həyət
girişləri nizamlanacaq. Bundan əlavə, 1-ci, 2-ci və 5-ci hissələrdə
suötürücü drenaj sistemi düzəldiləcək, 3-cü və 4-cü hissələrdə isə
drenaj sistemi layihə üzrə nəzərdə tutulmayıb”, –
tender təklifində bildirilir.
Marneuli yerli özünüidarəetməsi Axlılələ kəndindəki daxili yolların
təmirinə 684 323 lari ayırıb.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2 maydan 7 mayadək öz
təkliflərini təqdim edə bilərlər. Tenderin qalibi olacaq şirkət
işləri müqavilənin imzalanmasından sonra 360 gün ərzində başa
çatdırmalı olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.