Gürcüstan hər hektardan 11 ton tərəvəz istehsal edir - Azərbaycan 31 ton, Ermənistan 35 ton - Galt & Taggart
Galt & Taggart şirkəti kənd təsərrüfatı sektoru üzrə indeks və onun makroiqtisadi analizini təqdim edib. Analizin nəticələrinə görə, sahənin əsas çağırışı kiçik ölçülü fermer təsərrüfatlarıdır, bu isə məhsuldarlığın və effektivliyin aşağı olmasına səbəb olur. Nəticədə, Gürcüstan qonşu ölkələrlə müqayisədə hər hektardan əldə edilən məhsuldarlıq aşağı qalır.

Araşdırmaya görə, Gürcüstan hər hektardan meyvə məhsuldarlığı 4,8 ton, Rusiyada
isə 10 ton, Ukraynada 11 ton, Ermənistanda 11,4 ton, Avropa İttifaqında isə orta məhsuldarlıq 11,7 ton təşkil edir.

Taxıl məhsulları üzrə Gürcüstan hektara orta məhsuldarlıq 2,8 ton, Azərbaycanda isə 3,4 ton, Türkiyədə 3,4 ton, Ukraynada 5,1 ton, Avropa İttifaqında isə 5,2 tondur.

Tərəvəz məhsuldarlığı isə Gürcüstanda hər hektarda 11,1 ton, Ukraynada 20,5 ton, Rusiyada 29,8 ton, Azərbaycanda 31,1 ton, Ermənistanda 35,6 ton, Türkiyədə isə 42,3 ton olaraq qeydə alınıb.

Analizdə vurğulanır ki, “Gürcüstanda aşağı korporativləşmə, bilik çatışmazlığı və texnoloji geri qalma məhsuldarlığın nisbətən aşağı olmasına səbəb olur”.

Araşdırmaya görə, kənd təsərrüfatı üzrə xammal istehsalı əsasən kiçik ailə təsərrüfatlarında həyata keçirilir, biznesin payı isə yalnız 13%-dir. Bu baxımdan korporativləşmə səviyyəsi aşağıdır.

Ölkədə ev təsərrüfatlarının 73%-i 1 hektardan kiçik, 25%-i 1-5 hektar, yalnız 2%-i isə 5 hektardan böyük sahələri əhatə edir. Müqayisə üçün, Azərbaycanda fermer təsərrüfatlarının 61%-i 1 hektardan kiçik, Ermənistanda isə 60%-i belədir. Bu isə qonşu ölkələrdə torpağın daha səmərəli istifadəsinə imkan verir.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google