Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşları tərəfindən Acarıstanda həyata keçirilən
operativ-axtarış və istintaq tədbirləri nəticəsində ötən gecə
ərzində “qanuni oğru aləmi” ilə əlaqədə olan 72 nəfər
saxlanılıb.
Daha 5 nəfərə isə ittiham irəli sürülüb. Onlardan bir qismi
cəzaçəkmə müəssisəsində, bir qismi isə qiyabi qaydada, o cümlədən
“qanuni oğru” statusu daşıyan şəxsə qarşıdır.
Saxlanılan şəxslər
“qanuni oğru aləminin üzvlüyü”, “bu fəaliyyətə
dəstək vermə”, “qanunsuz yığıncaqlarda iştirak”, “qanuni oğruya
müraciət etmə” və “qanuni oğru fəaliyyəti” kimi maddələrlə ittiham
olunurlar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “oğru
razborkaları” təşkil edir, qeyri-rəsmi qərarlar qəbul edirdilər.
Onlar bu məqsədlə kriminal aləmin nümayəndələri, o cümlədən “qanuni
oğru” Aslan Kobuladze ilə əlaqə saxlayır, şəxsi maraqları naminə
vətəndaşlar arasında maliyyə və digər mübahisələr üzrə qərarlar
verirdilər.
İstintaqın məlumatına görə, bu qərarlar əsasında tərəflərdən pul
tələb olunur, ödəniş gecikdirildikdə isə onlara fiziki zorakılıq və
həyatlarına təhlükə ilə hədələr edilirdi.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima,
223-cü tertsia, 223-cü sekunda və 223-cü kvarta maddələri ilə
aparılır. Həmin maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
Daxili İşlər Nazirliyindən bildirilib ki, təşkilatlanmış
cinayətkarlıqla, o cümlədən “qanuni oğru aləmi” ilə mübarizə əsas
prioritetlərdən biridir və bu istiqamətdə sərt və prinsipial
siyasət davam etdiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.