Marneulidə Novruz bayramı münasibətilə keçiriləcək tədbirdə
Azərbaycandan dəvət olunmuş müğənni Damla (Məsumə Məmmədova) çıxış
edəcək.
Məlumatı Afiq Novruzov (“Nato”) yayıb. O, video müraciətində
bildirib ki, tədbiri özü aparacaq.
Marneuli meriyası Novruz bayramının təşkil olunması üçün 132 500
lari xərcləyəcək. İlkin olaraq tədbirin keçirilməsinə 215 397 lari
xərclənməsi planlaşdırılsa da, tender nəticəsində məbləğ
azaldılıb.
Tender prosesində altı şirkət iştirak edib. Qalib isə ən aşağı
qiymət təklif edən “GeoProfi” MMC olub. Bu
şirkət ötən il də Novruz
bayramının təşkil olunması ilə bağlı tenderin qalibi olmuşdu.
Tender sənədlərinə əsasən, Marneulidə keçiriləcək Novruz tədbirində
Azərbaycandan dəvət olunmuş müğənniyə 5 000 lari ödəniləcək.
Bundan əlavə, fərdi ifaçıların dəvəti üçün 8 000 lari ayrılıb.
“Gürcü dilində şəhər janrında ifa edən, 41 yaşlı,
səhnədə 22 illik təcrübəsi olan qadın müğənni 30 dəqiqəlik
proqramla çıxış edəcək. Azərbaycan mahnılarının peşəkar ifaçısı
olan 28 yaşlı kişi isə 15 dəqiqəlik proqram təqdim
edəcək”, – tender sənədində qeyd olunub.
Bundan başqa, tədbirdə DJ çıxışı da olacaq və bunun üçün meriya 1
000 lari ödəyəcək.
Novruz bayramında ənənəvi tonqal da yandırılacaq və bunun üçün 1
500 lari xərclənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.