Dünyada demokratiyanın 2025-ci ildəki vəziyyətini təhlil edən V-Dem
İnstitutunun ən son hesabatında bildirilir
ki, Gürcüstanda demokratiya çöküb və ölkə avtoritarizmə doğru
gedir.
Höteborq Universitetinin Siyasi Elmlər Departamenti bazasında
yaradılmış V-Dem (Varieties of Democracy) İnstitutu hər il müxtəlif
ölkələrdə demokratiyanın keyfiyyətini qiymətləndirməyə imkan verən
məlumatları dərc edir.
Hesabatda qeyd olunur ki, vətəndaş cəmiyyəti qlobal miqyasda güclü
təzyiq altındadır
və misal kimi Gürcüstan, Rusiya və Mali
göstərilir.
Sənəddə yazılır ki, vətəndaş cəmiyyəti təşkilatlarına qarşı
repressiyalar 39 ölkədə ağırlaşır, 37 ölkədə isə hökumətlər bu
təşkilatların fəaliyyətə başlaması və dayandırılması üzərində
nəzarəti daha da gücləndirirlər.
“Həmin ölkələr arasında, məsələn, Gürcüstanda, Malidə
və Rusiyada (yalnız bir neçəsini adı çəkək), hökumətlər indi insan
haqları müdafiəçilərinin və vətəndaş aktivistlərinin fəaliyyətini
məhdudlaşdırmaq, nəzarətdə saxlamaq və ya onları cinayətkar kimi
təqdim etmək üçün daha çox məhdudlaşdırıcı qanunlar qəbul
edirlər”, – hesabatda deyilir.
V-Dem İnstitutu vurğulayır ki, vətəndaş cəmiyyəti təşkilatlarına
hücumlar ötən illə (2024-cü illə) müqayisədə artıb.
“Vəziyyət bütün avtoritar ölkələrin üçdə ikisində, o
cümlədən Belarusda, El Salvador’da, Gürcüstanda, Qvineyada və
Meksikada əhəmiyyətli dərəcədə pisləşib”, – V-Dem
İnstitutu qeyd edir.
Hesabatın məlumatına görə, Şərqi Avropada yalnız iki ölkə
demokratikləşmə prosesindən keçir: Monteneqro və Polşa — bu isə
regionun cəmi 8%-ni təşkil edir.
Sənəddə yazılır ki, Şərqi Avropada avtoritarlaşan ölkələr üstünlük
təşkil edir — belə ölkələrin sayı on birdir. Keçən il isə bu
ölkələrin sayı səkkiz idi.
“Avtoritarlaşmanın üçüncü dalğası” artıq Avropa İttifaqına da təsir
edir, çünki bu prosesə Aİ-yə üzv dövlətlər və onun yaxın qonşuları
cəlb olunub. Şərqi Avropada avtoritarlaşan Aİ üzvləri arasında
Xorvatiya, Macarıstan, Rumıniya, Slovakiya və Sloveniya var, qonşu
ölkələr sırasında isə Ermənistan, Belarus, Gürcüstan, Moldova,
Serbiya və Ukrayna qeyd olunur”, – V-Dem İnstitutu
bildirir.
Hesabatda qeyd olunur ki, demokratiya avtoritarizm yoluna qədəm
qoyduqda, onun çökmə ehtimalı yaşamaq ehtimalından daha yüksək
olur.
“Hazırda avtoritarizm yolunda olan 44 ölkədən 28-i bu
prosesin əvvəlində demokratik dövlət idi. Həmin 28 ölkədən 15-də
demokratiya artıq çökmüşdür, məsələn, Gürcüstan və Meksikada olduğu
kimi. Qalan 13 ölkədə avtoritarlaşma prosesi yalnız yeni
başlamışdır və onlar hələ ilkin mərhələdədir”, –
sənəddə yazılır.
Bu ilki hesabatda da, ötən ilki sənəddə olduğu kimi, bildirilir ki,
Gürcüstan seçki/elektoral avtoritarizmdir.
“Demokratiya keyfiyyətinin enişi yaşanan ilk 10 ölkədən
yalnız ikisi hələ demokratiya olaraq qalır: Ermənistan və Rumıniya.
Gürcüstan isə elektoral avtoritar dövlətdir. Qalan yeddi ölkə ya
elektoral, ya da qapalı avtoritar rejimlə idarə olunur.
Gürcüstanda demokratikləşmə dövrü — məhkəmələrin müstəqilliyinin,
söz və vətəndaş azadlıqlarının gücləndiyi mərhələ — 2016-cı ilə
qədər davam edib. Geri dönüş (avtoritarlaşma) isə tədricən baş
verərək 2024-cü ilin seçki prosesinə qədər uzanıb; bu proses
pozuntular, ittihamlar və media ilə müxalifəti susdurmaq cəhdləri
ilə müşayiət olunub. Bir neçə müşahidəçi 2024-cü il seçkilərini
“saxtalaşdırılmış” adlandırıb və rus təsirinin geniş yayıldığını
qeyd edib. 2024-cü ilin seçki nəticələri hələ də mübahisəlidir.
Dərin siyasi böhran özünü Baş nazir İrakli Kobaxidzenin rəhbərlik
etdiyi hakim “Gürcü Arzusu” partiyası ilə prezident Salome
Zurabişvilinin dəstəklədiyi müxalifət arasındakı qarşıdurmada
göstərir. 2023–2025-ci illərdə demokratiya göstəriciləri kəskin
şəkildə pisləşib və bu da Gürcüstanı elektoral avtoritar dövlətə
çevirib.”
Hesabatda həmçinin ifadə azadlığının digər göstəricilərinə, o
cümlədən akademik və mədəni ifadə azadlığına dair məsələlərə
toxunulur.
Sənəddə yazılır ki, jurnalistlərin təqibi 23 ölkədə artır. Həm
jurnalistlərin təqib olunduğu, həm də ictimai müzakirə azadlığının
pisləşdiyi ölkələr arasında Burkina-Faso, Gürcüstan, Filippin və
Toqo var.
Hesabatda bildirilir ki, Gürcüstanda, eləcə də Qvineya-Bisauda,
Macarıstanda, İndoneziyada və Rumıniyada seçki komissiyasına qarşı
hücumlar baş verir.
Hökumətin qanunsuz fəaliyyətini parlamentin faktiki olaraq nə
dərəcədə araşdırdığı ilə bağlı göstərici 20 ölkədə zəifləyib; bu
ölkələr arasında Gürcüstan, Yunanıstan, Haiti, Hindistan və Mali də
var.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.