Keçmiş ombudsman Nanuaşvili “Moskva mexanizmi”nin eksperti ilə əlaqə saxladığına görə DTX-ya çağırılıb
2012–2017-ci illərdə Gürcüstanın xalq müdafiəçisi olmuş Uça Nanuaşvili — dünən İrakli Kobaxidzenin “agent” adlandırdığı şəxs — Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

Onun sözlərinə görə, DTX-nin müstəntiqi bildirib ki, “Moskva mexanizmi”nin ekspertləri ilə əlaqə saxlaması səbəbilə o, şahid qismində dindirilməyə dəvət olunub.
Hazırda “Demokratiya Araşdırmaları İnstitutu”nun (DRI) rəhbəri olan Nanuaşvili “Azadlıq Radio”suna bildirib:

“Onlar deyirlər ki, araşdırma başlanıb və mən ‘Moskva mexanizmi’nin eksperti ilə əlaqə ilə bağlı şahid statusunda də
vət olunmuşam”

“Məhkəmə qarşısında ifadə verməyə hazıram”
Onun sözlərinə görə, o, DTX-yə getməyi planlaşdırmır və müstəntiqə də bildirib ki, məhkəməyə çağırılacağı halda maģistrat hakimin qarşısında ifadə verməyə hazırdır.
Nanuaşvilinin dediyinə görə, ona araşdırmanın hansı maddə ilə başladığı və nə vaxt açıldığı barədə heç nə deməyiblər; o həmçinin bilmir ki, bu məsələ ilə bağlı başqa kimsə də çağırılıb, yoxsa yox.

“Azadlıq Radiosu” araşdırma haqqında əlavə məlumat almaq üçün DTX ilə əlaqə yaratmağa çalışır. Cavab əldə olunarsa, məlumat yenilənəcək.

“Kaçaravanın dediklərindən sonra”
Nanuaşvili deyib ki, DTX bu gün ona zəng edəndə bildirdilər ki, çağırılmasının səbəbi David Kaçaravanın “TV Pirveli” efirində onu xatırlatmasıdır.

David Kaçarava “Anti-okkupasiya hərəkatı”nın rəhbəridir. 2024-cü ilin mart protestləri zamanı hüquq-mühafizə orqanları tərəfindən amansız şəkildə döyülmüşdü.

Onun saxlanılma görüntülərində görünür ki, Kaçarava digər aksiya iştirakçıları ilə birlikdə dayanmışdı və polislə danışırdı ki, elə həmin anda xüsusi təyinatlıların sırasından bir neçə nəfər birdən ayrılaraq ona tərəf qaçırlar — onların hamısı qara maska taxmışdı.


O, 2026-cı il 15 martda “TV Pirveli”nin efirində bildirmişdi:

“Bir vaxtlar Uça Nanuaşvili ilə danışığım olmuşdu. O mənə demişdi ki, ‘Moskva mexanizmi’ çərçivəsində mənim ifadəmin alınması nəzərdə tutulur, amma bundan sonra heç kim mənimlə əlaqə saxlamadı.”

“Moskva mexanizmi”nin hazırladığı hesabatda hüquq-mühafizə orqanlarının nümayişçilərə qarşı zorakılığı və saxlanma zamanı güc tətbiqinin aşılması ilə bağlı bir sıra faktlar yer almışdı.


Kobaxidze onu “agent” adlandırdı
16 martda “Moskva mexanizmi”nin hesabatına həsr olunmuş hökumət administrasiyasında keçirilən brifinqdə “Rustavi 2”nin jurnalisti İrakli Kobaxidzeyə belə sual vermişdi:

“Siz David Kaçaravanın bir mediada necə qiymətləndirirsiniz verdiyi açıqlamanı? O deyir ki, ‘Moskva mexanizmi’ çərçivəsində Uça Nanuaşvilidən məlumat alıb ki, ifadə verməli olan şəxslərdən biri o olacaq. Bu nə dərəcədə ciddi məsəlidir və nə deməkdir? Məgər Uça Nanuaşvili ifadə verəcək şəxslərin koordinasiyası ilə məşğul olub, yoxsa yox?”

İrakli Kobaxidze cavab verib:
“Əslində agentura ilə koordinasiyanın olması təəccüblü deyil və ‘Moskva mexanizmi’nin hesabatında dərc olunan mətndən də aydın görünür ki, tam koordinasiya yerli agentura ilə aparılıb — buna heç kimin şübhəsi yoxdur.”

“Hüquq müdafiəçilərinə təzyiq” — Nanuaşvili
Uça Nanuaşvili “Azadlıq Radio”suna müsahibəsində DTX-yə çağırılmasını təqib kimi qiymətləndirir:

“Bu, hüquq müdafiəçilərinə onların insan haqlarının müdafiəsinə aid fəaliyyəti üçün göstərilən təzyiqdir, o cümlədən qeyri-insani rəftar və işgəncənin qurbanı olmuş şəxslərin müdafiəsinə görə.”

16 martda jurnalistlərin polis zorakılığı haqqında suallarına cavab verərkən İrakli Kobaxidze demişdi:

“Buna qeyri-insani rəftar kimi qiymət verilə bilər, cinayət kimi də, intizam pozuntusu kimi də — müxtəlif qiymətləndirmələr ola bilər, amma işgəncə tamam başqa şeydir. İşgəncə — bu yalandır.”

Nanuaşvilinin dediyinə görə, ekspert Patritsiya Grzhibik ilə bölüşdüyü məlumat son iki ildə Gürcüstandakı insan hüquqları vəziyyətinə aid idi — bu barədə hüquq müdafiəçilərinin hesabatları onsuz da açıq şəkildə mövcuddur.

“Görünür, beynəlxalq təşkilatlara məlumat vermək artıq yolverilməz sayılır və guya cinayətdir”, — deyə Nanuaşvili bildirir.

“Moskva mexanizmi”
ATƏT-in 23 üzv dövlətinin tələbi ilə Gürcüstanla bağlı işə salınmış “Moskva mexanizmi” çərçivəsində hazırlanmış hesabat insan haqları sahəsində Gürcüstan hakimiyyətini sərt şəkildə tənqid edir və beynəlxalq ictimaiyyəti reaksiyaya çağırır. Hesabat 12 martda dərc olunub.

“Hesabatın əsas nəticəsi tam qətidir”, — ATƏT üzv dövlətləri bildirir və hesabatdan sitat gətirirlər:
  • “Mandat çərçivəsində nəzərdə tutulan dövrdə Gürcüstanda demokratiya baxımından açıq-aşkar geriləmə qeydə alınıb.”
  • “Biz Gürcüstanı demokratik geriləməni aradan qaldırmağa və ‘Moskva mexanizmi’nin bütün tövsiyələrini tam şəkildə həyata keçirməyə çağırırıq”, — bəyan edirlər.
  • İrakli Kobaxidze 16 martda mexanizm çərçivəsində hazırlanmış hesabatla bağlı hökumətin ümumi mənfi mövqeyini təqdim edərək bildirib ki, sənəd “qüsurlu, dar-siyasi maraqların təsiri altında hazırlanıb”.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google