Prokurorluq Marneuli merinin qardaşının həbsdə saxlanılması tələbi ilə məhkəməyə müraciət edir

Gürcüstan Prokurorluğu Marneuli merinin qardaşı Kənan İsmayılova qarşı qrup halında zorakılıq maddəsi ilə ittiham irəli sürüb və məhkəməyə onun həbsdə saxlanılması barədə vəsatətlə müraciət edir./



Prokurorluğun yaydığı məlumata görə, qurum Marneuli bələdiyyəsində baş vermiş qrup halında sağlamlığa xəsarət yetirilməsi faktı ilə bağlı bir şəxsə qarşı ittiham irəli sür

"Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində müəyyən edilib ki, 2026-cı il aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı təqsirləndirilən şəxs müşayiətində olan şəxslərlə birlikdə dəyənəklərdən istifadə edərək zərərçəkmişə xəsarətlər yetiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıb",
- prokurorluğun bəyanatında qeyd olunub.

Kənan İsmayılova Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi (qrup halında qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) ilə ittiham irəli sürülüb
ki, bu da 3 ildən 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

"Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbsin seçilməsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətdə vəsatətlə müraciət edəcək", - prokurorluq bildirir.

Prokurorluğun yaydığı məlumata əsasən, Daxili İşlər Nazirliyi cinayətdə iştirakı olan digər şəxslərin aşkar edilməsi istiqamətində istintaqı davam etdirir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google