ABŞ prezidenti Donald Tramp İranla müharibənin sona çatdırılması
yönündə proqresi "səbirsizliklə gözləyir",
danışıq komandasına iranlılarla vicdanla danışıqlar aparmağı
tapşırıb. Bunu vitse-prezident Cey Di Vens aprelin 8-də deyib.
Vens Macarıstana səfəri çərçivəsində Budapeştdə danışıb. Onun
sözlərinə görə, İran səmimi danışıqlar apararsa, razılaşma
mümkündür. Ancaq vitse-prezident xəbərdarlıq edib ki, İran
sisteminin bəzi hissələri danışıqlara konstruktiv yanaşsa da,
digərləri belə
davranmır. O, vəziyyəti "kövrək atəşkəs"
adlandırıb.
"O səbirsizdir. O, irəliləyiş görmək istəyir. Bizə
vicdanla danışıqlar aparmağı tapşırıb və düşünürəm ki, onlar da
vicdanla danışıqlar aparsalar, razılığa gələ
bilərik", – Vens əlavə edib.
ABŞ və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə
razılaşıblar. Tramp bundan öncə İrana Hörmüz boğazını açması üçün
möhlət vermiş, əks halda, onu – "bütöv bir sivilizasiyasını" məhv
etməklə hədələmişdi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.