İran ABŞ ilə İslamabad danışıqlarında iştirakını təsdiqləyir
İran aprelin 10-da ABŞ ilə İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcək. Bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərifə deyib.

Şərifin ofisinin açıqlamasına görə, iki lider aprelin 8-də 45 dəqiqə "isti və səmimi" söhbət ediblər.

"Prezident Pezeşkian qarşıdakı danışıqlarda İranın iştirakını bir daha təsdiqlədi və Pakistanın səylərinə görə təşəkkürünü bildirdi", – Şərif İran prezidenti ilə telefon
danışığından sonra X platformasında yazıb.


Şərif bundan öncə demişdi ki, bütün mübahisələri həlli edəcək yekun razılaşma üçün danışıqlar aparmaqdan ötrü ABŞ və İranın nümayəndə heyətlərini aprelin 10-da İslamabada dəvət edib.

İranın danışıqlar heyətinə parlamentin mühafizəkar sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik edəcəyi gözlənilir. Xəbəri İranı yarı-rəsmi ISNA agentliyi yayıb. ABŞ tərəfini isə vitse-prezident Cey Di Vens təmsil edə bilər. Məlumatı nə ABŞ, nə də İran hökumətləri rəsmən təsdiqləyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google