Aprelin 8-də İsrailin Livana zərbələrindən 254 nəfər öldürülüb, azı
1100 nəfər yaralanıb.
Açıqlamanı Livanın mülki müdafiə xidməti yayıb. Təkcə paytaxt
Beyrutda 91 nəfər həlak olub. Səhiyyə Nazirliyi isə ölkə boyunca
182 nəfərin öldürüldüyünü, bunun yekun rəqəm olmadığını
bildirmişdi.
İsrail ordusu Beyrutda, Bekaa vadisində və Livanın cənubunda İranın
dəstəklədiyi "Hizbullah" qruplaşmasının 100-dən çox komanda mərkəzi
və hərbi obyektinə
zərbə endirdiyini bildirib.
Bu hücumlar aprelin 7-si gecə Vaşinqton və Tehranın əldə etdiyi
atəşkəs razılaşmasını, İranın yenidən açdığı Hörmüz boğazında
gəmilərinə hərəkətinə təhlükə yaradır.
İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 8-də Pakistanın
yüksəkrütbəli hərbi rəhbəri ilə "İsrailin İran və Livanda atəşkəsi
pozması"nı müzakirə edib. Xəbəri AFP İran XİN-ə istinadla
yayıb.
İranın "Tasnim" agentliyi adını açıqlamadığı mənbəyə istinadla
bildirib ki, İsrail Livana hücumları davam etdirərsə, İran atəşkəs
razılaşmasından çıxacaq. Yarırəsmi "Fars" agentliyi isə İsrailin
bombardmanları nəticəsində İranın Hörmüz boğazından neft
tankerlərinin hərəkətini dayandırdığını yazıb.
Pakistanın baş naziri Şahbaz Şərif deyib ki, atəşkəs razılaşması
Livanı da əhatə edir. İsrailin baş naziri Binyamin Netanyahu isə
bunun əksini bildirib.
ABŞ-nin PBS ictimai yayım qurumunun Ağ ev üzrə müxbiri X-də yazıb
ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də ona Livanın
razılaşmaya salınmadığını deyib, çünki orada ABŞ-nin terror
təşkilatı kimi tanıdığı "Hizbullah" fəaliyyət göstərir.
Makron: Atəşkəs Livanı da əhatə etməlidir
Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkian
və ABŞ lideri Donald Trampla ayrı-ayrılıqda danışdığını bildirib,
onlara atəşkəsi qəbul etməyin ən doğru mümkün qərar olduğunu
deyib.
Makron həmçinin atəşkəsin Livan daxil, bütün münaqişə bölgələrini
əhatə etməsini istədiyini vurğulayıb.
"Bu, atəşkəsin etibarlı və davamlı olması üçün zəruri
şərtdir", – Makron X-də yazıb.
Makron Qətər, BƏƏ, Livan və İraq liderləri ilə də danışdığını
bildirib.
ABŞ və İranın iki həftəlik müvəqqəti atəşkəs elan etməsindən bir
gün keçməmiş qeyri-sabitlik yaranıb: İsrail Livanda İranın
müttəfiqlərinə qarşı geniş hücumlar həyata keçirib, Tehran enerji
obyektlərinə zərbələr endirildiyini iddia edib və Fars körfəzi
ölkələrindəki neft mərkəzlərinə hücum həyata keçirib.
Vens: İran atəşkəsi səhv anlayıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib ki, onun fikrincə, İran
Pakistanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının
şərtlərini səhv anlayıb, Livanın da bu razılaşmaya daxil olduğunu
düşünüb.
Vens aprelin 8-də Budapeştdə jurnalistlərə deyib ki, İran neft və
qaz daşınması üçün əsas marşrut olan Hörmüz boğazını açmalıdır.
"İranlıları danışıqlara ciddi yanaşmağa
çağırıram", – deyə Vens xəbərdarlıq edib ki, Tehran
razılaşmanı pozarsa, ciddi nəticələrlə üzləşəcək. O, aprelin 10-da
İslamabadda planlaşdırılan danışıqlarda ABŞ nümayəndə heyətinə
rəhbərlik edəcək.
Vitse-prezidentin sözlərinə görə, razılaşmanın əsas məqamlarından
biri ABŞ-nin atəşkəs və danışıqlara razılaşması, İranın isə Hörmüz
boğazını açmağa razılıq verməsidir. Fevralın 28-də ABŞ və İsrailin
hava zərbələrindən sonra Tehran boğazı faktiki bağlamışdı.
"Fikrimcə, iranlılar düşünüblər ki, atəşkəs Livanı da
əhatə edir, amma belə deyil. Əgər İran bu danışıqların Livan
məsələsinə görə dağılmasını istəyirsə, bu onların
seçimidir", – Vens bildirib.
O, detallı danışmasa da əlavə edib ki,
"İsraillilər,
bildiyimə görə, danışıqların uğurlu olması üçün Livanda özlərini
müəyyən qədər cilovlamağa hazır olduqlarını
bildiriblər".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.