Tramp: 'Real razılaşma' əldə olunana qədər ABŞ ordusu İranın yaxınlığında qalacaq
ABŞ prezidenti Donald Tramp aprelin 8-i gecə saatlarında sosial şəbəkədə yazıb ki, "əldə olunan REAL RAZILAŞMA tam yerinə yetirilənədək" ABŞ-nin bütün gəmiləri, təyyarələri və hərbi personalı İranın daxilində və ətrafında qalacaq.

"REAL RAZILAŞMA tam şəkildə yerinə yetirilənədək bütün ABŞ gəmiləri, təyyarələri və hərbi personalı, əlavə sursat, silahlar xeyli zəiflədilmiş düşmənin ölümcül məhvi üçün zəruri digər vasitələrlə birlikdə
İranın daxilində və ətrafında qalacaq",
– o, "Truth Social"da yazıb.

Trampın yazdığına görə, "əksini iddia edən bütün saxta ritorikaya baxmayaraq, İranın NÜVƏ SİLAHI OLMAYACAQ, Hörmüz boğazı AÇIQ və TƏHLÜKƏSİZ OLACAQ".

Bundan az öncə isə Tramp İranın 10-bəndlik sülh planı ilə bağlı yayılan xəbərləri "tamamilə saxta" adlandırıb. O, "The New York Times" qəzetini, CNN televiziyasını İranla danışıqlar barədə "tamamilə saxta 10-bəndlik sülh planı" yaymaqda ittiham edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google