İranın sərt xətt tərəfdarı olan İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) aprelin 9-da Hörmüz boğazından keçən gəmilər
üçün alternativ marşrutlar müəyyən etdiyini açıqlayıb. Korpus
boğazdakı əsas zonada dəniz minaları riskinin olduğunu
bildirib.
"Hörmüz boğazından keçmək niyyətində olan bütün
gəmilərə bildirilir ki, dəniz təhlükəsizliyi prinsiplərinə riayət
etmək və mümkün mina toqquşmalarından qorunmaq üçün... onlar
boğazda hərəkət üçün alternativ marşrutlardan istifadə
etməlidirlər", – dövlət mediasının yaydığı bəyanatda
SEPAH bildirib. Bəyanatda alternativ giriş və çıxış yolları ilə
bağlı təlimatlar da verilib.
Vaşinqton və Tehran mümkün sülh razılaşması üçün əlavə danışıqlar
aparmaq məqsədilə iki həftəlik atəşkəs əldə ediblər.
ABŞ administrasiyasının əsas tələblərindən biri boğazda gəmilərin
hərəkət azadlığıdır. İran isə müharibə başlayandan bu yolu, əsasən,
bağlamışdı. Tehran bildirib ki, gəmilərin hərəkətinə yenidən icazə
verəcək, ancaq gəmilər İran hərbçiləri ilə koordinasiya
etməlidir.
Dünya üzrə xam neft və təbii qazın 20 faizi bu boğazdan keçən
gəmilərlə vasitəsilə daşınır.
"Qəbuledilməzdir"
Yunanıstanın baş naziri isə İranın müharibədən sonra Hörmüz
boğazından keçən gəmilərdən ödəniş almaq cəhdlərini tənqid edib.
Kiriakos Mitsotakis deyib ki, dünya üçün bu kritik su yolunda azad
və təhlükəsiz gəmiçilik təmin olunmalıdır.
"Beynəlxalq ictimaiyyətin İranın boğazdan keçən hər
gəmi üçün rüsum qoymasını qəbul edəcəyini düşünmürəm. Bu, mənə görə
tamamilə qəbuledilməzdir", – o aprelin 8-də CNN-ə
deyib.
Mitsotakis vurğulayıb ki, boğazla bağlı beynəlxalq razılaşma lazım
ola bilər, lakin buraya ödənişlər daxil olmamalıdır:
"Belə bir şey baş versə, bu, naviqasiya azadlığı üçün
çox, çox təhlükəli presedent yaradacaq".
Yunanıstan dünyanın ən böyük ticarət donanmalarından birinə
malikdir.
Almaniya da Hörmüzdən keçid üçün rüsum tətbiqini "qəbuledilməz"
adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bu boğaz
yalnız İran sularında yerləşmir, BMT-nin Dəniz Hüququ Konvensiyası
ilə tənzimlənir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.