İşğal olunmuş Abxaziyada ailədaxili zorakılıq nəticəsində 4 yaşlı uşaq həyatını itirib
İşğal olunmuş Abxaziyada ailə üzvləri tərəfindən törədilən zorakılıq və qəddar rəftar nəticəsində uşaq həyatını itirib. Bu barədə məlumatı uşaq ombudsmeni Maktina Cincolia yayıb.

Onun sözlərinə görə, Qulripşi rayonunun “prokurorluğu” “Daxili İşlər Nazirliyi” ilə birlikdə hadisənin səbəb və şəraitini müəyyənləşdirmək üçün araşdırma aparır.
Cincolia bildirib ki, o, “hadisənin ehtimal olunan şahidi olan azyaşlıların dindirilməsində birbaşa iştirak edir”.

“Bu faciəvi hadisə bir daha göstərir ki, təəssüf ki, ailədaxili zorakılıq problemi baxımından Abxaziya istisna deyil. Uşaqlara qarşı ailədaxili zorakılıq cəmiyyətimizdə hələ də ciddi və ağrılı problem olaraq qalır. Əminik ki, uşaqların effektiv müdafiəsi üçün ailədaxili zorakılığın kriminallaşdırılması istiqamətində qanunvericilik tədbirlərinin görülməsi zəruridir”,
– deyə uşaq “ombudsmeni” qeyd edib.

Hadisə ilə bağlı məlumatı Apsnıpress də yayıb:

“2026-cı il 7 aprel, təxminən saat 22:50-də, 2022-ci il təvəllüdlü azyaşlı Qabriela Beslanovna Laxina ağır vəziyyətdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. Uşağın baş, üz, bədən, yuxarı və aşağı ətraflarında çoxsaylı xəsarətlər aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq, Respublika Uşaq Xəstəxanasının həkimləri 2026-cı il 8 aprel, saat 04:00-da qızın ölümünü təsdiqləyiblər.

Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub. İstintaqın nəticələrinə əsasən hadisəyə hüquqi qiymət veriləcək”.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google