Həyatı üçün təhlükəli vəziyyətdə olan şəxsə kömək göstərməmək faktı ilə bağlı 2 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində həyatı üçün təhlükəli vəziyyətdə olan şəxsə zəruri yardım göstərməmək və müvafiq qurumlara məlumat verməmək ittihamı ilə iki nəfəri — 1992-ci il təvəllüdlü İ.M. və 1985-ci il təvəllüdlü Q.M. saxlayıblar.

İstintaqın məlumatına görə, cari ilin 6 aprelində, gecə saatlarında Tbilisidə 1995-ci il təvəllüdlü
Z.A. şübhəlilərin qonağı olub. Bir müddət sonra onun vəziyyəti pisləşib və o, vəfat edib. Şübhəlilər meyiti Q.M.-nin idarə etdiyi avtomobillə Tbilisi yaxınlığındakı meşə massivində qoyaraq paytaxtdan region istiqamətində uzaqlaşıblar.

Hüquq-mühafizə orqanları aparılmış istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən şəxslərin kimliyini müəyyən edərək hər iki şəxsi təqsirləndirilən qismində saxlayıblar. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edir və istintaqla əməkdaşlıq edirlər.

Z.A.-nın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 129-cu maddəsi üzrə aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google