Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunan 4 nəfər həbs edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Operativ-İstintaq Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən 4 nəfəri saxlayıblar. Saxlanılan şəxslər 1979-cu il təvəllüdlü H.K., 1984-cü il təvəllüdlü A.S., 1999-cu il təvəllüdlü A.T. və 1976-cı il təvəllüdlü A.E.-dir.

İstintaq zamanı müəyyən edilib ki, H.K., A.S. və A.E. sərhəd-keçid məntəqəsini keçmədən, yük maşınının
treylerinə gizlənərək Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçiblər. A.T. isə Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib.

H.K.-yə qarşı immiqrasiya proseduru tətbiq edilib və ölkədən çıxarılıb, A.S., A.T. və A.E.-yə qarşı isə Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci bəndi üzrə istintaq aparılır. Həmin maddə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google