Meriyanın səhiyyə xidmətinə yeni rəhbər təyin olunub

Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəklənməsi Xidmətinə yeni rəhbər təyin olunub.


Marneuli meri Daur İsmayılov, birinci müavini Qiorqi Qodabrelidze ilə birlikdə yeni rəhbər İone Laşxini kollektivə təqdim edib.

Marneuli meriyasının yayımladığı məlumata görə, Laşxi həm özəl, həm də dövlət sektorunda çoxillik iş təcrübəsinə malikdir.

"İonenin həm dövlət, həm
də özəl sektorda çoxillik iş təcrübəsi var. O, peşəkarlığı və yüksək məsuliyyəti ilə seçilir ki, bu da qeyd olunan istiqamətlərin səmərəli idarə olunması üçün çox vacibdir. Əminəm ki, onun rəhbərliyi altında xidmət daha da inkişaf edəcək. İoneyə və komandamıza uğurlar arzulayıram,"
— deyə Daur İsmayılov bildirib.

Qeyd edək ki, "Marneuli" radiosunun yeni əməkdaşın təqdimatı barədə əvvəlcədən məlumatı olmayıb.

Xatırladaq ki, meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəklənməsi Xidmətinə daha əvvəl Nino Dekanoidze rəhbərlik edirdi. Laşxi təyin olunana qədər isə bu vəzifəni müvəqqəti olaraq Davit Aroşidze icra edirdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google