Aprelin 9-u səhər Rusiya qoşunları Ukraynanın Zaporojye rayonuna
zərbə endirib.
Bir nəfər həlak olub, dörd nəfər yaralanıb.
Dnepropetrovsk vilayətinə hücumlar nəticəsində isə iki nəfər
yaralanıb. Çoxmərtəbəli və fərdi evlərə, qaraja və avtomobillərə
ziyan dəydiyi bildirilir.
Aprelin 8-i axşam saatlarında Rusiya hərbçiləri Odessa vilayətində
yarımstansiyaya zərbə endirib. Vilayət administrasiyasının rəhbəri
Oleq Kiper infrastruktur obyektinin zədələndiyini yazıb, detalları
açıqlamayıb.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə
Ukraynaya 119 pilotsuz aparatla hücum edib, onlardan 99-u hava
hücumundan müdafiə qüvvələri vurub. Daha 16 dron 11 müxtəlif
məkanda düşüb.
Rusiya Müdafiə Nazirliyi isə ötən gecə Kursk və Astraxan
vilayətləri, həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində
Ukraynaya məxsus 69 dronun vurulduğunu bildirir.
Krasnodar diyarında dron hücumundan bir kişi həlak olub. Diyarın
operativ qərargahı bildirib ki, Krımsk şəhərində "PUA qalıqlarının
neft bazasının ərazisinə düşməsi nəticəsində" üç nəfər xəsarət
alıb.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz sosial şəbəkədə
yazıb ki, Ukrayna hərbçiləri Klimovo rayonunda avtomobili vurub,
bir qadın yaralanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.