ABŞ prezidenti Donald Tramp NATO-nu yenidən sərt tənqid edib. O,
alyansın baş katibi Mark Rutte ilə Vaşinqtonda görüşündən
az sonra üzv ölkələrin "lazım olanda" Birləşmiş Ştatların yanında
olmadığını bildirib.
"NATO bizə lazım olanda yanımızda deyildi, yenə ehtiyac
olsa, olmayacaq. Qrenlandiyanı xatırlayın, o böyük, pis idarə
olunan buz parçasını!!!", – Tramp aprelin 8-də "Truth
Social"da böyük hərflərlə
yazıb.
Tramp uzun müddətdir 77 illik transatlantik alyansı "köhnəlmiş"
adlandırır, üzvlərin müdafiə xərclərindən öz paylarına düşəni
ödəmədiyini deyir. NATO qurulandan ABŞ onun əsas tərəfdaşıdır.
ABŞ və İsrailin İranla müharibəsi başlayandan Tramp tənqidlərini
daha da gücləndirib. O bildirib ki, ehtiyacı olanda alyans ABŞ-yə
kömək etməyib.
NATO-nun əksər üzvləri isə bildirib ki, müharibə başlamazdan
onlarla məsləhətləşmə aparılmayıb, onların iştirakı istənilməyib.
İtaliya, İspaniya və Böyük Britaniyanın ərazilərində ABŞ bazaları
yerləşir. Onlar bu bazaların İrana qarşı hücum əməliyyatları üçün
istifadəsinə icazə verməyə tərəddüd göstəriblər.
"Bir çox NATO müttəfiqlərindən açıq narazıdır"
Tramp həmçinin Qrenlandiyanın ABŞ-nin suverenliyinə keçirilməsini
tələb edib, NATO-dan adanın alyans üzvü Danimarkanın nəzarətindən
alınıb ABŞ-yə verilməsini istəyib. Bu isə alyans daxilində
gərginliyi artırıb. Üzv ölkələr Trampın açıqlamalarını tənqid edib,
Danimarkanın mövqeyini dəstəkləyiblər.
NATO rəhbəri M.Rutte CNN-ə bildirib ki, Trampla görüş "açıq və
səmimi" keçib. Tramp isə ABŞ-nin NATO müttəfiqlərindən narazılığını
ifadə edib.
Ruttenin sözlərinə görə, o, ABŞ prezidentinə Avropa ölkələrinin
böyük əksəriyyətinin İranla müharibədə ABŞ-nin hərbi səylərinə
dəstək verdiyini bildirib.
"Tam açıq deyim, Tramp bir çox NATO müttəfiqlərindən
açıq narazıdır, onun mövqeyini anlaya bilirəm", –
Rutte söyləyib.
Baş katib əlavə edib ki, İranın nüvə və ballistik raket
potensialının zəiflədilməsi geniş dəstək qazanıb, bunu yalnız ABŞ
həyata keçirə bilib.
ABŞ-ni NATO-dan çıxaracağını demişdi
Tramp görüş zamanı Birləşmiş Ştatların NATO-dan çıxa biləcəyi
fikrini təkrarlayıbmı? Rutte bu sualı belə cavablandırıb: "Dediyim
kimi, açıq narazılıq var, amma o, arqumentlərimi diqqətlə dinlədi.
Ona xatırlatdım ki, Haaqa razılaşmasına uyğun olaraq, müdafiə
xərcləri öhdəliyinin yerinə yetirilməsində onun liderliyi mühüm rol
oynayıb".
Tramp aprelin 1-də "Reuters"ə demişdi ki, İran məsələsində alyansın
yetərincə dəstək vermədiyini düşünür və "qətiyyətlə" ABŞ-nin
NATO-dan çıxmasını nəzərdən keçirir.
Ekspertlərə görə, Trampın Konqresin razılığı olmadan ABŞ-ni
birtərəfli qaydada NATO-dan necə çıxaracağı aydın deyil.
"The Wall Street Journal" yazıb ki, Tramp İranla müharibədə ABŞ və
İsrail qüvvələrinə yetərincə dəstək vermədiyini düşündüyü bəzi NATO
ölkələrini cəzalandırmaq planını nəzərdən keçirir. Qəzetin adını
açıqlamadığı administrasiya rəsmilərinə istinadən yazdığına görə,
bu plan ABŞ qoşunlarının bəzi NATO ölkələrindən çıxarılıb daha çox
dəstək verən ölkələrə yerləşdirilməsini nəzərdə tutur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.