Bu gün, aprelin 10-da Marneuli şəhərində yerləşən İmam Əli (ə)
məscidində cümə namazından sonra Ayətullah Seyid Əli Xamneyinin 40
mərasimi təşkil olunacaq.
Təşkilatçıların məlumatına görə, mərasimdə din xadimləri və icma
üzvləri iştirak edəcək, dualar oxunacaq və dini çıxışlar ediləcək.
Mərasimdə hər kəs iştirak edə bilər.
“Bu gün, aprelin 10-da Marneuli İmam Əli (ə) məscidində
cümə namazından sonra şəhid Ayətullah Seyid Əli Xamneyinin (r.ə) 40
mərasimi təşkil olunacaq. Hər kəs dəvətlidir”, – İmam
əli Xeyriyyə fondunun paylaşdığı məlumatda deyilir.
Ayətullah Seyid Əli Xamneyi haqqında:
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamneyi İranın tanınmış dini və
siyasi xadimlərindən biri olub. O, 1989-cu ildən İran İslam
Respublikasının ali dini lideri vəzifəsini icra edib. Bundan əvvəl,
1981–1989-cu illərdə İranın prezidenti olub. Xamneyi dini təhsilini
Qum və Məşhəd dini məktəblərində alıb və uzun illər İranın
dini-siyasi həyatında mühüm rol oynayan fiqurlardan biri hesab
olunub.
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi 2026-cı il
fevralın 28-də öldürülüb.
Məlumata əsasən, o, Tehranda yerləşən iqamətgahına hava zərbəsi
nəticəsində həlak olub. Bildirilir ki, hücum İsrailin Hərbi Hava
Qüvvələri tərəfindən həyata keçirilən zərbələr zamanı baş verib və
İran rəhbərliyinə qarşı yönəlmiş əməliyyatın bir hissəsi olub.
İran dövlət mediası Ayətullah Seyid Əli Xamneyinin ölümünü martın
1-də rəsmi şəkildə təsdiqləyib.
Hadisədən sonra İranda dövlət səviyyəsində matəm elan
olunmuşdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.