Gürcüstanın baş nazirinin təhsil məsələləri üzrə keçmiş
müşaviri, hazırkı təhsil naziri Qivi Mikanadzenin sözlərinə
görə,
akkreditasiyası olmayan və ya akkreditasiyası dayandırılmış ali
təhsil müəssisələrinin 2010-cu ilə qədər verdiyi diplomların
tanınmasını nəzərdə tutan qanun layihəsi təqdim ediləcək.
Mikanadzenin açıqlamasına görə, həm 4 illik əyani, həm də 5 illik
qiyabi təhsil proqramlarının diplomları eyni qaydada tanınacaq.
“Bizdə belə bir vəziyyət var idi: vətəndaşlarımız 4
illik proqramda 5 illik qiyabi təhsil proqramı ilə eyni sayda fənn
keçirdilər və eyni ixtisas səviyyəsini əldə edirdilər. Lakin
əvvəlki qanunvericiliyə əsasən, 5 illik proqram magistr dərəcəsinə
bərabər tutulurdu, 4 illik proqram isə bakalavr dərəcəsi kimi
tanınırdı. Qanuna ediləcək dəyişikliklərdən sonra 4 illik proqramı
bitirənlər magistr dərəcəsinə ekvivalent diplom alacaqlar ki, bu da
onların istədikləri sahədə iş tapmasına ciddi şəkildə kömək
edəcək.
2010-cu ilə qədər vahid sistem formalaşana qədər təhsil sahəsində
tələbələrin məlumatlandırılmasını təmin edən vahid reyestr mövcud
deyildi. Belə hallar olurdu ki, bəzi universitetlər akkreditasiyaya
malik olmadan abituriyentləri qəbul edir, lakin onlara bunu
bildirmirdilər. Sonradan diplom verildikdə məzunlar bu sənədin
tanınması ilə bağlı problemlərlə üzləşirdilər.
Bundan başqa, bəzi ali təhsil müəssisələri müəyyən dövr üçün
avtorizasiya alır, lakin tədris müddətində bu avtorizasiya
dayandırılırdı. Tələbələr isə bundan xəbərsiz olurdu və həmin
universitetləri bitirən məzunlar sonradan ciddi problemlərlə
qarşılaşırdı.
Təqdim olunan qanunvericilik dəyişiklikləri, nəticə etibarilə,
vətəndaşlarımızın diplomların tanınması üçün illərlə davam edən
mürəkkəb proseslərinə — məhkəmələrə müraciət etmələrinə, qərarları
şikayət etmələrinə son qoyacaq. Bu həm vaxt, həm də enerji
baxımından böyük yük idi. Yeni dəyişikliklərlə bütün bunlar
birdəfəlik aradan qalxacaq və minlərlə vətəndaşımızın diplomu
tanınacaq”, — deyə Qivi Mikanadze mətbuat xidmətinin
məlumatına əsasən bildirib.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.