Gürcüstanın iqtisadi artım tempinin 2025-ci ildəki 7,5%-dən 2026-cı
ildə 5,5%-ə qədər yavaşlayacağı gözlənilir.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) 2026-cı ilin aprel ayı üçün
dərc etdiyi hesabatda qeyd olunub.
Hesabata əsasən, 2026-cı ildə iqtisadi artımın zəifləməsinə xidmət
sektorundakı ləngimə və xarici tələbatın aşağı düşməsi səbəb
olacaq. Yaxın Şərqdə davam edən münaqişələrin uzanması və artan
geosiyasi risklər
artım tempini daha da aşağı sala bilər.
Sektorlar üzrə proqnozlar:
ADB ekspertləri 2027-ci ildə iqtisadi artımın 5,2%-ə qədər
düşəcəyini ehtimal edirlər. Bunun əsas səbəbi kimi daxili
istehlakın azalması və miqrantların iqtisadiyyata töhfəsinin
zəifləməsi göstərilir.
Sənaye: 2025-ci ildəki 1,4%-lik artımdan sonra 2026-cı ildə tikinti
və istehsal hesabına 2,4% artım gözlənilir.
Xidmət sektoru: İqtisadiyyatın əsas mühərriki olaraq qalsa da,
artım tempinin 10,8%-dən 7,5%-ə düşəcəyi proqnozlaşdırılır.
Kənd təsərrüfatı: 2025-ci ildəki 6,1%-lik azalmadan sonra, suvarma
sistemlərinin yaxşılaşdırılması sayəsində 2026-cı ildə
sabitləşəcək, 2027-ci ildə isə 1,7% artıma qayıdacaq.
Regional mərkəz olma hədəfi
ADB-nin Gürcüstan üzrə direktoru Lesli Bearman Lamm bildirib ki,
qlobal şoklara baxmayaraq, Gürcüstan iqtisadiyyatı 2025-ci ildə
7,5%-lik güclü artımla öz dayanıqlığını sübut edib. Lakin xarici
risklərin artması inflyasiya təzyiqini gücləndirə bilər.
Hesabatda vurğulanır ki, iqtisadi artımı qorumaq üçün Gürcüstan
regional və qlobal inteqrasiyanı dərinləşdirməli, özünü bir
nəqliyyat və loqistika qovşağı (hab) kimi möhkəmləndirməlidir.
Bunun üçün infrastruktur layihələrinə investisiyaların davam
etdirilməsi və özəl sektorun dəstəklənməsi vacibdir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.