Rusiya hərbi kəşfiyyat idarəsinə bağlı hakerlər dünyada minlərlə
internet ruterinə gizlicə daxil olub,
evlərdə və ofislərdə elektron poçt trafikinə, vebsaytlara girişlərə
və parollara nəzarət ediblər. Bu barədə rəsmi qurumlar məlumat
yayıb.
Ekspertlər bu hücumun 2025-ci ildə aylarla davam etdiyini deyirlər.
Bir neçə ölkənin hüquq-mühafizə orqanları bu həftə eyni vaxtda
xəbərdarlıqlar yayıb, insanlara öz ruterlərinin ayarlarını
yoxlamağı tövsiyə
edib.
"Rusiya hakerləri ABŞ-də və dünyanın müxtəlif
yerlərində ruterləri ələ keçirərək onları casusluq məqsədilə
istifadə ediblər. Bu təhdidin miqyasını nəzərə alaraq, sadəcə
xəbərdarlıq etmək yetərli deyil", – Federal
Təhqiqatlar Bürosunun (FBI) kibertəhlükəsizlik bölməsinin direktor
müavini Brett Lizerman bəyanatda bildirib.
QRU-nun hərbi hissəsi
Əməliyyatı "Advanced Persistent Threat 28" (APT28) və ya "Forest
Blizzard" kimi tanınan qrupun həyata keçirdiyi bildirilir. Böyük
Britaniya, Niderland və ABŞ qurumları bu qrupu Rusiya Baş Kəşfiyyat
İdarəsinin (QRU) 85-ci Baş Xüsusi Təyinatlı Mərkəzinin 26165 saylı
hərbi hissəsi ilə əlaqələndirir.
Bu qrup 2016-cı il ABŞ prezident seçkiləri zamanı Demokrat
Partiyasının kompüterlərinə hücumda ittiham olunmuşdu. Sonradan ABŞ
hakimiyyəti 12 rusiyalının QRU əməkdaşları olduğunu
müəyyənləşdirib, onları bu müdaxilələrə görə ittiham etmişdi.
ABŞ-nin "Microsoft" texnologiya nəhənginin məlumatına görə, "Forest
Blizzard" hakerləri 2025-ci ilin avqustundan başlayaraq 200
təşkilatda 5 min istifadəçinin cihazına daxil olub. Onlar
ruterlərin Domen Adları Sistemi (DNS) ayarlarını dəyişdirərək həmin
cihazlardan keçən bütün məlumatları toplaya, izləyə biliblər.
Azı 120 ölkədə 18 mindən çox cihaz
"Lumen" adlı digər tədqiqat qrupu isə bu texnikadan hələ 2025-ci
ilin mayında istifadə olunmağa başladığını bildirib. Onların
məlumatına görə, 2025-ci ilin dekabrında bu fəaliyyət pik həddə
çatıb, azı 120 ölkədə 18 mindən çox cihaz QRU hakerlərinin
infrastrukturuna qoşulub. Əsasən dövlət qurumlarının, xarici işlər
nazirliklərinin, hüquq-mühafizə orqanlarını və üçüncü tərəf e-poçt
xidmətlərinin hədəf götürüldüyü bildirilir.
Britaniyanın kibertəhlükəsizlik qurumları bildirir ki, "Forest
Blizzard" qrupu 2015-ci ildə Almaniya parlamentində bəzi
deputatların e-poçtlarının oğurlanması ilə nəticələnən hücumun,
eləcə də 2018-ci ildə Kimyəvi Silahların Qadağan Edilməsi
Təşkilatına (OPCW) qarşı hücum cəhdinin arxasında dayanıb.
O zaman OPCW İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı QRU
zabiti Sergey Skripal və qızının az qala ölümünə səbəb olan
zəhərlənmədə istifadə edilən kimyəvi maddələri araşdırırdı.
Sonradan rəsmilər hücumda "Noviçok" adlı sinir qazından istifadə
olunduğunu müəyyən edib. Bu maddəni sovet və rusiyalı alimləri
hazırlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.