Pasxa bayramında metro və qəbiristanlıqlara gedən avtobuslar pulsuz olacaq

Müqəddəs Pasxa bayramı ilə əlaqədar Tbilisi ictimai nəqliyyatı xüsusi iş rejiminə keçir.

Paytaxt meriyasının məlumatına görə, dəyişikliklər həm metropolitenə, həm də avtobusların hərəkətinə şamil olunacaq.

Metronun iş qrafiki
Tbilisi metrosu 11 aprel gecəsi uzadılmış qrafiklə, 12 aprel saat 04:00-dək fəaliyyət göstərəcək.

11 aprel saat 23:00-dan 12 aprel saat 04:00-dək metro ilə gediş-gəliş bütün sərnişinlər üçün
pulsuz olacaq.

Həmçinin, 12 və 13 aprel tarixlərində, saat 08:00-dan 20:00-dək vətəndaşların qəbiristanlıqlara daşınması üçün doqquz müvəqqəti avtobus marşrutu təyin olunacaq. Bu günlərdə sözügedən avtobuslarla gediş-gəliş ödənişsizdir.

Avtobuslar aşağıdakı qəbiristanlıqlar istiqamətində hərəkət edəcək:

  • Muxatqverdi və Vaşlicvari;
  • Kukia və Yeni Kukia;
  • Maxata və Saburtalo;
  • Ğrmağele, Veli və Varketili.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google