"ABŞ və İran 39 günlük müharibədən yaxşı dərs çıxardılar".
Bunu AzadlıqRadiosuna müsahibəsində veteran səfir Coi Hud deyib. O,
ABŞ-də bir neçə administrasiyada çalışıb. Prezident Donald Trampın
birinci administrasiyasında dövlət katibi köməkçisinin Yaxın Şərq
üzrə əsas müavini olub. Daha öncə İraq və Küveytdə missiya
rəhbərlərinin müavini postunda işləyib.
Tehran öyrəndi ki, ABŞ onun yüksəkvəzifəli liderlərini istədiyi
vaxt
məhv edə bilər və bu reallıq İranın gələcək qərarlarını
formalaşdıracaq, - Hud bildirir.
Vaşinqton isə anladı ki, İran və ya hətta qeyri-dövlət subyektləri
dronlar, minalar kimi ucuz vasitələrlə Hörmüz boğazını bloklaya
bilər:
"Bu, Vaşinqtonun, yaxud Tehranın nəzarətindən
kənardır. Tərəflər deyə bilərlər ki, "Yaxşı, müvəqqəti atəşkəsdir,
gəmilər hərəkət edə bilərlər". Lakin sığorta, gəmiçilik şirkətləri
istəməsələr, gəmilər hərəkət etməyəcək. Hələ boğazı çox sayda gəmi
keçməyib".
Sürəti artırmasalar, siyasi zəlzələ olmasa...
Birləşmiş Ştatların İranın yüksək rəhbərliyini aradan götürməsi
danışıqlarda iranlı siyasətçilərin düşüncə tərzinə necə təsir
göstərə bilər? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks
Raufoğlunun sualına cavabında Hud deyir ki, onlar anlamalıdırlar
ki, danışıqlar yolu ilə həll olmasa, silahlı münaqişə bərpa olar,
bundan isə salamat çıxmazlar.
"Fikrimcə, bu, onları daha ciddi hərəkətlərə, daha
sürətli addımlara sövq edir. Təcrübədən görmüşük ki, onlarla
razılığa gəlmək aylar, bəzən isə illər çəkir. 1979-1980-ci illərə
qayıdaq. O zaman əlcəzairlilər girov diplomatların azad olunmasında
bizə kömək etdilər, amma bu, bir neçə ay çəkdi. 2015-ci ilin nüvə
sazişi – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqları isə
illərlə davam etdi", – diplomat vurğulayır.
"Düşünürəm ki, prezident Trampı indi hərbi
əməliyyatlara başlamağa sövq edən səbəblərdən biri də budur - İran
danışıqçılarının ciddiliyinə inamsızlıq... Fikrimcə, indi onlar
əvvəlkindən daha sürətli hərəkət etməli olduqlarını
anlayırlar", – o əlavə edir.
C.Hud deyir ki, Hörmüz boğazının açıq qalması üçün ABŞ yeni
texnologiyalar, Körfəz ölkələrindən bəziləri ilə yeni alyanslar
barədə düşünməli olacaq. Münaqişə yenidən qızışa da bilər, çünki
Tehran dünyaya baxışına, strategiyasına köklü dəyişiklik edən
deyil: "Tərəflərdən birində siyasi zəlzələ olmasa, onlar strateji
məqsədlərinin çoxunu - bəlkə də, hamısını - təmin edəcək kompromis
həll yolu tapa bilməyəcəklər. Təəssüf ki, bu müvəqqəti atəşkəs,
yaxud 47 ildir gedən münaqişənin sonu barədə nikbin olmağım üçün
çox səbəb görmürəm", - o vurğulayıb
İran rəhbərliyində nə dəyişib
ABŞ rəsmilərinin İranda "yeni rejim" ilə bağlı dediklərinə gəlincə,
təhlilçi İran rəhbərliyində yalnız şəxsiyyətlərin dəyişdiyini
deyir:
"İdeologiya dəyişibmi? Məqsədlər dəyişibmi? Buna
qətiyyən dəlil görmürəm. Rejimin məqsədi eyni olaraq alır: ABŞ və
Qərbə müqavimət, inqilabı ixrac etmək… Bu isə regionda sülhə
aparmır".
Münaqişəni yenidən nə tətikləyə bilər? Hudun sözlərinə görə, İranın
Körfəz ölkələrinə hücumlarının sayı və miqyası əsas göstərici
olacaq. Bu hücumlar dayanmasa, real atəşkəs də olmayacaq: "İranın
Hörmüz boğazında gəmiçiliyi hədələməkdən çəkinib-çəkinməyəcəyinə də
baxmaq lazımdır - gəmilər hələ də hərəkət etmir. Prezident Trampın
bunu necə yozacağını proqnozlaşdırmaq çətindir".
"İranda daxili dinamikanı da izləməliyik. Bəlkə də, hər
hansı bir liderin tam nəzarəti olmayacaq. Fraksiyalar arasında
fikir ayrılıqları yaranarsa, "spoylerlər" - danışıqları rədd edən
və öz hücumlarını başladan oyunçular ortaya çıxa bilər. Buna
Birləşmiş Ştatlar necə yanaşacağı cavablandırılması ən çətin
suallardandır", - veteran səfir əlavə edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.