Pasxa atəşkəsinə baxmayaraq, Ukraynada iki nəfər öldürülüb
Pasxa atəşkəsinə baxmayaraq, Ukraynanın şərqi Donetsk vilayətində Rusiya qoşunları iki nəfəri öldürüb, bir nəfər yaralanıb.

Region qubernatoru Vadım Filaşkin Telegram-da yazıb ki, aprelin 12-də Kramatorsk və Drujkovka şəhərlərində bir nəfər həyatını itirib.

Rusiya və Ukrayna bir-birini 32 saatlıq atəşkəsi pozmaqda ittiham edib. Atəşkəs aprelin 11-dən 12-si gecə yarısınadək davam edib.

Ukrayna rəsmiləri Pasxa atəşkəsi müddətində
Rusiya hərbçilərinin Xarkov vilayətində dörd ukraynalı hərbi əsiri də güllələyərək öldürdüyünü bildirib. Ancaq detallar açıqlanmayıb. Rusiya bu məlumatı şərh etməyib. Bu xəbəri müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.

Ukrayna Rusiyanın atəşkəsi 10 min 721 dəfə pozduğunu bildirib. Hava zərbələrinin qeydə alınmadığı açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi isə bazar gününə keçən gecə Ukraynanın atəşkəs min 971 dəfə pozduğunu bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google