İran Prezidenti Məsud Pezeşkian ABŞ danışıqçılarını ikili
standartlarda suçlayıb, bunu münaqişəni sona çatdırmaq yolunda əsas
maneə adlandırıb.
Aprelin 12-də İran prezident administrasiyası belə bir bəyanat
yayıb.
"İslamabad danışıqları zamanı ABŞ ikili standartlara
sadiq qaldı, onun güc siyasətinə əsaslanan ambisiyaları ən böyük
əngəl oldu", – Pezeşkian Rusiya prezidenti Vladimir
Putinlə telefon danışığında bildirib.
O əlavə edib ki, Tehran
regionda davamlı sülhə nail olmaq istəyində
qalır:
"Razılaşma, şübhəsiz ki, mümkündür, ancaq ABŞ
beynəlxalq səviyyədə tanınmış qaydalara və beynəlxalq hüquqa əməl
etməlidir".
Bu açıqlamadan öncə ABŞ prezidenti Donald Tramp İranı Hörmüz
boğazını yenidən açmaqla bağlı verdiyi vədləri pozmaqda ittiham
edib. O, ordusuna bu strateji su yolunu bloklamaq, Tehrana rüsum
ödəyən gəmiləri saxlamaq göstərişi verdiyini bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavabında
boğaza tam nəzarət etdiyini bəyan edib. SEPAH xəbərdarlıq edib ki,
hər hansı yanlış addım atılarsa, Tehranın düşmənləri "ölümcül
girdab"a düşəcəklər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.