ABŞ ordusu bugündən, aprelin 13-dən İran limanlarında bütün
gəmilərə blokada tətbiq edəcəyini bildirib.
Bu qərardan bir neçə saat öncə ABŞ-İran sülh danışıqları
uğursuzluqla bitib.
"The Wall Street Journal" rəsmi şəxslərə və mövzudan agah mənbələrə
istinadla xəbər verib ki, ABŞ prezidenti Donald Tramp və onun
müşavirləri sülh danışıqlarını dalandan çıxarmaq üçün İrana məhdud
hərbi zərbələrin bərpasını da
nəzərdən keçirirlər.
İran limanlarına gedən gəmilərin hərəkəti
dayandırılacaq
Yaxın Şərqdəki ABŞ qüvvələrinə cavabdeh ABŞ Mərkəzi Komandanlığı
(CENTCOM) aprelin 12-də bildirib ki, İran limanlarına və sahil
zonalarına daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə
"qərəzsiz" blokada tətbiq olunacaq. Söhbət Fars və Oman
körfəzlərindən gedir.
Komandanlıq onu da bildirib ki, Hörmüz boğazından qeyri-İran
limanlarına yönələn gəmilərin hərəkətinə mane olmayacaq.
CENTCOM qeyd edib ki, blokada başlamazdan əvvəl kommersiya
gəmilərinə rəsmi bildirişlər göndəriləcək.
Tramp da İran limanlarının blokadaya salınacağını təsdiqləyib. O,
blokadanın ABŞ şərq vaxtı ilə səhər 10-dan başlayacağını
bildirib.
Tramp isə bu bəyanatdan öncə daha genişmiqyaslı blokadanın tətbiq
olunacağını demişdi. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri
Hörmüz boğazından istənilən bütün gəmilərin hərəkətini "dərhal"
dayandırmağa başlayacaq. Prezident bu açıqlamanı aprelin 12-si
səhər saatlarında İslamabadda ABŞ-İran danışıqlarının iflasından
sonra vermişdi.
Hörmüz boğazı
CENTCOM blokadanın detallarını açıqlamayıb. Bunun üçün neçə ABŞ
gəmisindən istifadə olunacağı bilinmir. İndilik anlaşılan odur ki,
məhdudiyyət yalnız İranla əlaqəli gəmilərə tətbiq ediləcək.
İranla atəşkəs qüvvədə qalır
İran isə Hörmüz boğazından keçən bütün gəmilərin hərəkətini faktiki
dayandırıb. Bu, qlobal enerji qiymətlərinin kəskin artmasına səbəb
olub. Tehran bildirib ki, bu su yolundan keçmək istəyən gəmilərdən
rüsum toplayacaq.
Tramp aprelin 12-si axşam jurnalistlərə bildirib ki, İranla atəşkəs
qüvvədə qalır. O deyib ki, Tehran böyük ehtimalla danışıqlara
qayıdacaq:
"Düşünürəm ki, İran çox pis vəziyyətdədir.
Fikrimcə ki, onlar çox ümidsizdirlər. İran nüvə silahı əldə
etməyəcək".
"Onların qayıdıb-qayıtmaması vecimə deyil. Qayıtmasalar
da, problem deyil", – prezident əlavə edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.