Netanyahu Livanın cənubuna gedib: 'Müharibə davam edir'
İsrailin baş naziri Binyamin Netanyahu aprelin 12-də Livanın cənubuna səfər edib. O, İranın müttəfiqi "Hizbullah" silahlı qruplaşmasına qarşı hərbi əməliyyatların davam edəcəyini bildirib. Bu açıqlama beynəlxalq atəşkəs çağırışları fonunda səslənib.

"Livanda təhlükəsizlik zonasında belə müharibə davam edir", – Netanyahu ofisinin yaydığı videoda deyib.

O, Livanın cənubuna müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə
birlikdə gedib. Ancaq dəqiq harada olduqları açıqlanmayıb.

"Gördüyümüz odur ki, bu təhlükəsizlik zonası vasitəsilə Livandan mümkün hücumun qarşısını almışıq. Görüləsi hələ çox iş var və bunu edirik", – o bildirib.

Aprelin 14-də ABŞ, Livan və İsrail rəsmilərinin Vaşinqtonda birbaşa danışıqları planlaşdırılır.

Fevralın 28-də münaqişənin ilk günündə ABŞ-İsrailin hava zərbələri İranın ali liderini qətlə yetirəndən sonra İranla müttəfiq "Hizbullah" İsrailə raketlər atıb. Bununla Livan istəmədən Yaxın Şərq müharibəsinə cəlb olunub.

İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.

Livanın baş naziri Nəvaf Salam isə İsrail-"Hizbullah" münaqişəsini dayandırmağa çalışdığını bildirib.

"Bu müharibəni dayandırmaq və İsrail qoşunlarının bütün torpaqlarımızdan çıxmasını təmin etmək üçün işi davam etdirəcəyik", – Salam televiziya müraciətində deyib.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibədə 2 min 50-dən çox ölən olub, onların arasında 165 uşaq və 80-dən çox səhiyyə işçisi var.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google