İrandan xəbərdarlıq: ABŞ blokadaya başlasa, Körfəzdə təhlükəsiz liman qalmayacaq
ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasına başlarsa, "Fars körfəzi və Oman körfəzində heç bir liman təhlükəsiz olmayacaq". Aprelin 13-də İran silahlı qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi əməliyyat qərargahı belə bir xəbərdarlıq səsləndirib.

Qurum qeyd edib ki, ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq etməsi "qanunsuz addım və piratlıq nümunəsidir".

Həftəsonu Pakistanda sülh danışıqları uğursuz bitəndən sonra prezident
Donald Tramp bildirib ki, aprelin 13-ü Bakı vaxtı ilə saat 18:00-dan İran limanlarına daxil olan və çıxan gəmiləri blokadaya salacaq.

İran hərbi qərargahının sözçüsü əlavə edib ki, "Fars körfəzi və Oman körfəzində limanların təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün".

"Düşmənlə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq. Digər gəmilərə İran İslam Respublikasının silahlı qüvvələrinin qaydalarına uyğun olaraq boğazdan keçməyə icazə veriləcək",
– sözçü bildirib.

Münaqişə başlayandan İran Hörmüz boğazından dəniz nəqliyyatını ciddi məhdudlaşdırıb. Bu isə qlobal enerji qiymətlərində kəskin artıma səbəb olub. Tehran bəyan edib ki, bu dar keçiddən keçmək istəyən gəmilərdən rüsum tələb edəcək.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google