Avstraliya tarixində ilk dəfə ordunun rəhbəri qadın olacaq.
Bu haqda hökumət aprelin 13-də məlumat yayıb.
General-leytenant Syuzan Koyl hazırda birgə imkanlar üzrə rəisdir.
O, iyuldan quru qoşunlarının komandanı olacaq, bu vəzifədə
general-leytenant Saymon Stüartı əvəz edəcək.
Hazırda Avstraliya ordusunun sıralarında qadın zabitlərin sayı
artır. Bu, ordunun sistemli cinsi qısnama və ayrıseçkilik
ittihamları ilə üzləşməsi fonunda baş verir.
"İyuldan Avstraliya ordusunun 125 illik tarixində ilk
dəfə qadın quru qoşunları komandanı olacaq", –
baş
nazir Entoni Albaneze bildirib.
Müdafiə naziri Riçard Marlz Koylun təyinatını "əsl tarixi məqam"
adlandırıb.
55 yaşlı Koyl 1987-ci ildə hərbi xidmətə başlayıb, komandanlıqda
bir sıra vəzifələrdə çalışıb.
"Reuters" yazır ki, hazırda qadınlar Avstraliya Müdafiə
Qüvvələrinin (ADF) təxminən 21 faizini, yüksək rəhbər vəzifələrin
isə 18.5 faizini təşkil edir. ADF 2030-cu ilədək qadınların ümumi
iştirak səviyyəsini 25 faizə çatdırmağı hədəf qoyub.
Ötən ilin oktyabrında ADF-yə qarşı kollektiv iddia qaldırılıb,
ordunun minlərlə qadın zabiti sistemli cinsi qısnama və
ayrıseçkilikdən qoruya bilmədiyi iddia olunub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.