Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda Avropada fiziki
bazarda xam neftin qiymətləri rekord həddə yüksəlib.
ABŞ-nin Hərbi Dəniz Qüvvələri İranın ixracını məhdudlaşdıracaq
blokadaya hazırlaşır, tədarük çatışmazlığı ilə bağlı narahatlıq
artır.
Etalon "Brent" neftinin bir barelinin qiyməti 100 dolları keçib.
Dərhal çatdırılma üçün fiziki neftin qiyməti isə rekord
göstəriciyə, 150 dollara yaxınlaşır, - "Reuters" yazır.
Qeyri-müəyyənlik fonunda Avropa və Asiyada alıcılar ehtiyatlarını
tutmağa çalışırlar.
Bir təhlilçi "Reuters"ə bildirib ki, fiziki bazar böyük təzyiq
altındadır, real yüklərin qiymətləri maliyyə bazarlarında müşahidə
olunan qiymətlərdən xeyli yüksəkdir.
Neftin bareli yenə 100 dolları keçib
Aprelin 13-də neftin barelinin qiyməti 100 dolları keçib. Buna
ABŞ-nin Hörmüz boğazından keçərək İrana daxil olan və çıxan
gəmiləri bloklamağa hazırlaşması səbəb olub. Vaşinqton və Tehran
müharibəni dayandırmağı hədəfləyən danışıqlarında razılaşma əldə
edə bilməyib. Vaşinqtonun gözlənən addımı isə İrandan neft ixracını
məhdudlaşdıra bilər.
"Brent" neftinin fyuçersləri bir barel üçün 6.67 dollar və ya 7
faiz artaraq 101.87 dollara yüksəlib. Ötən cümə, aprelin 10-da
qiymətdə 0.75 faiz eniş baş vermişdi. ABŞ-nin "West Texas
Intermediate" markalı neftinin qiyməti isə 7.26 dollar və ya 7.5
faiz artaraq 103.83 dollara çatıb. Ötən həftəsonu bu neft 1.33 faiz
ucuzlaşmışdı.
"MST Marquee" şirkətinin enerji tədqiqatları üzrə rəhbəri Saul
Kavonikin fikrincə, bazar atəşkəsdən əvvəlki vəziyyətə qayıdır:
"Fərq ondadır ki, indi ABŞ Hörmüz boğazı vasitəsilə gündəlik 2
milyon bareləcən İranla əlaqəli nefti bloklayacaq".
ABŞ prezidenti Donald Tramp aprelin 12-də bildirib ki, ABŞ
donanması Hörmüz boğazını bloklamağa başlayacaq. Bu isə tərəflərin
aprelin 7-də razılaşdırdığı ikihəftəlik kövrək atəşkəsi təhlükə
altına qoyur.
Prezident neft və benzinin qiymətinin noyabrda aralıq seçkilərə
qədər yüksək qala biləcəyini əlavə edib.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki,
Hörmüz boğazına hər hansı hərbi gəmi yaxınlaşmağa cəhd etməsi
ABŞ-nin atəşkəsi pozması sayılacaq və buna sərt cavab
veriləcək.
Buna baxmayaraq, aprelin 11-də tam yüklənmiş üç supertanker Hörmüz
boğazından keçib. Bunlar ötən həftə atəşkəs razılaşdırılandan sonra
körfəzdən çıxan ilk gəmilər kimi görünür.
Səhm bazarlarında da eniş baş verib: "S&P500" indeksi 1.1 faiz
ucuzlaşıb, Asiya bazarlarında aşağı hədd qeydə alınıb.
Təhlükəsiz aktiv kimi qiyməti yüksələn qızıl 2 faiz ucuzlaşıb, ABŞ
istiqrazlarına da təzyiq yaranıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.