İranın Luristan əyalətində bir neçə dövlət qulluqçusu "dövlətə
xəyanət" ittihamı ilə həbs edilib.
Bu haqda dövlət mediası aprelin 13-də bildirib. Saxlanılanların
sayı və kimliyi açıqlanmayıb.
Ancaq xəbərlərdə saxlanılanların müxtəlif qurumların əməkdaşları
olduğu qeyd edilir. Onların arasında Luristan Universiteti, Tibb
Elmləri Universiteti, Vergi İdarəsi, Məktəblərin Yenidən Qurulması
İdarəsi, Mühəndislər Təşkilatı, eləcə də əyalətin təhsil sektorunda
çalışan bir sıra
müəllimlər var.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" xəbər
agentliyi bildirib ki, ittihamlar arasında "vətənə xəyanət və
düşmən şəbəkələrlə əməkdaşlıq" yer alır.
Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb, aprelin
8-də ikihəftəlik atəşkəs qüvvəyə minib. Ötən altı həftə ərzində
İranın məhkəmə sistemi hər gün dövlət mediasının "xəyanətkar" kimi
təqdim etdiyi şəxslərin saxlanıldığını açıqlayıb. Onların
müharibədən zərər görmüş ərazilərin foto və video çəkilişini
apardıqları iddia olunur.
Saxlanılanlardan bəziləri məhkəmə qarşısına çıxarılıb, digərləri
isə dövlət televiziyasında etirafa məcbur edilib.
Bəzi hallarda "Yer üzündə fəsad törətmək" ittihamı irəli sürülüb.
Bu ittiham İranda ölüm cəzası ilə nəticələnə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.