Aprelin 13-də ABŞ-nin İran limanlarına və sahil ərazilərinə daxil
olan gəmilərə qarşı dəniz blokadası qüvvəyə minib.
Vaşinqton Təl-Əvivlə birlikdə Tehrana həftələrlə hava zərbələri
endirib. İndi isə İranı sülh razılaşmasına razı salmaq üçün daha
çox iqtisadi alətlərə əl atır.
"Əsas mübarizə İran rejimini ayaqda saxlayan Çin
maliyyə kanalları və gizli ticarət şəbəkələri ilə
aparılmalıdır". Bunu AzadlıqRadiosuna
Demokratiyaların Müdafiəsi
Fondunun (FDD) tədqiqatçısı, ABŞ Maliyyə
Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) keçmiş
rəsmisi Maks Meyzliş deyir.
Onun fikrincə, ABŞ İran rejiminin iqtisadi maraqlarının mərkəzini
daha aqressiv şəkildə hədəf almağa çalışır. Yəni, rejimin
fəaliyyətinin, ölkənin iqtisadi davamlılığının əsasında duran bütün
iqtisadi istiqamətləri hədəfləyir.
"Əvvəllər raket zərbələri daha çox neft-kimya
obyektlərini hədəf alırdı, indi isə bu strategiyanın davamı kimi
limanlara daxil olan və çıxan bütün gəmilər ABŞ blokadasına məruz
qalacaq", – Meyzliş bildirir.
ABŞ blokadanı pozan gəmiləri dayandırsa...
Bəs, bütün bunlar Tehranda qərarvermə prosesinə, Hörmüzdən
gəmilərin hərəkətinin idarə olunmasına necə təsir göstərəcək?
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun sualına
cavabında təhlilçi deyib ki, bu iş xeyli çətinləşəcək:
"Reallıq belədir ki, İslam İnqilabı Keşikçiləri Korpusu
Lark adasındakı obyektlər vasitəsilə "Tehranın rüsum məntəqəsi"ni
idarə edib. Hətta bu rüsum ödənilsə belə, gəmilərin boğazdan
keçməsi getdikcə daha qeyri-praktik olur. Prezident Donald Trampın
ABŞ-nin bu rüsum sisteminə ödəniş edən istənilən gəmini
dayandıracağı haqda açıqlamalarından sonra azı iki Çin dövlət
gəmisinin İranın nəzarət etdiyi dəhlizdən keçdiyi barədə məlumatlar
yayılıb. Sual yaranır: bu gəmilər ödəniş edibmi, ABŞ bu cür
gəmiləri gerçəkdən dayandırmaq vədini yerinə yetirməyə hazırdırmı?
İran bu rüsum sistemini qüvvədə saxladığı müddətdə təsir
imkanlarını qoruyur. İndi əsas məsələ ABŞ-nin bu ödənişləri
edənləri saxlamasıdır".

Meyzliş yada salır ki, yanvarda ABŞ Venesueladan çıxan gəmilərə
blokada tətbiq edəndə qadağanı pozan gəmiləri təqib edirdi. Ancaq
problem təkcə bunda deyil. Gəmilərin ələ keçirilməsi, onların
daşıdığı neftin bazara çıxarılması çox ləng prosesdir, yükün
müsadirəsi ABŞ məhkəmələrində həftələr, aylarla çəkə bilər.
İndiki blokadanın real təsirinə gəlincə, Meyzliş deyir ki, o,
sözügedən iki Çin gəmisi ilə bağlı ABŞ qüvvələrinin hər hansı addım
atıb-atmayacağını izləyəcək, axı, onlar ödəniş ediblər. Sonra da
başqa kiminsə blokadanı pozmağa çalışmasını gözləmək lazım
gələcək.
Çinin kiçik və orta bankları, Əli Ansari
Bəzilərinin "sanksiyalardan yayınma oxu" adlandırdığı Çin, Rusiya
və digər oyunçular İranın logistikası və təchizat zəncirinə nə
dərəcədə töhfə verir? Meyzliş Çinin mərkəzi aktor olduğunu deyir:
"Çin olmasaydı, İran bu müharibəni apara bilməzdi. Çin
illərdir İranın ixrac etdiyi neftin 90 faizini, böyük endirimlə də
olsa, alaraq rejimi maliyyələşdirir. Bu, rejimə milyardlarla dollar
gəlir gətirir. Çin texnologiya, diplomatik dəstək, ballistik raket
yanacağı üçün kimyəvi komponentlərlə təmin edir. Maliyyə baxımından
isə, ödəniş kanalları, "neft qarşılığında metal" barter sistemləri
təqdim edir".
Təhlilçi ABŞ-nin Çinin böyük dövlət qurumlarına bağlı kiçik və orta
banklarını hədəfə almaqla iqtisadi sanksiyaları gücləndirə
biləcəyini deyir. Onun sözlərinə görə, Çin özünü sanksiyalardan
yayınmada iştirak etmədiyini göstərməyə çalışsa da, bu, belə
deyil.
ABŞ İranla iqtisadi müharibəni udmaqdan ötrü sanksiyaları yetərincə
aqressiv tətbiq edirmi? Meyzlişin fikrincə, ABŞ hərbi zərbələrlə
yanaşı, Çinin ödənişləri asanlaşdıran qurumlarını hədəfə almalı,
İran rejimi insayderləri və oliqarxlarının aktivlərini dondurmaq
üçün digər ölkələrlə işləməlidir:
"Məsələn, Böyük
Britaniya İran rəhbərliyi üçün araçı bankir Əli Ənsariyə sanksiya
tətbiq edib, ABŞ yox. Halbuki onun müxtəlif offşor şirkətlər
vasitəsilə saxladığı böyük daşınmaz əmlak portfeli var. Bu
aktivlərə iqtisadi təzyiq göstərilməli, gələcəkdə İran xalqına
dəstək məqsədilə xüsusi hesablara yönəltməliyik".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.