Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı
Əbdürrəhmanlı kəndi ərazisində mina partlayıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat
yayıb.
Bildirilib ki, qurumun əməkdaşı Muğan Mətili xidməti vəzifəsini
yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində
həlak olub.
Məsələyə onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 2020-ci il 10
noyabr sazişindən bəri
ölkənin 70-dən çox vətəndaşı minaya düşərək
həlak olub, 350-yə yaxın şəxs isə müxtəlif xəsarət alıb. Onlar
habelə əvvəl deyirdilər ki, Ermənistan işğaldan azad olunan
ərazilərdə minaların xəritəsini vermir. Sonradan Azərbaycanda
saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri qaytarılması
müqabilində bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin
alındığı bildirildi. Hərçənd rəsmilər bu xəritələrin böyük ölçüdə
reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da
Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün
xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Qarabağ bölgəsi, (Füzuli daxil) ətraf yeddi
rayon işğal edilib. 2020-ci ildəki 44 günlük müharibə (həmin il
noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı
bəyanatla dayanmışdı) və 2023-cü ildəki birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın
vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və
Ermənistan arasında sülh sazişi paraflanıb. Sənədin mətnində
tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı
iddialardan imtina etdiyi vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.