İsrailin martda Tehran ətrafındakı neft anbarlarına endirdiyi hava
zərbələri mülki əhaliyə uzunmüddətli ciddi zərər vurmuş ola, hərbi
cinayət sayıla bilər.
Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı
bildirir.
Martın 7-də İsrail Tehranda dörd neft anbarını hədəf alıb. İran
rəsmiləri ertəsi gün bildirib ki,
"neft məhsullarının
saxlanması və paylanması üçün istifadə olunan dörd obyekt, həmçinin
neft məhsullarının daşınması mərkəzi… düşmən təyyarələrinin
hücumuna məruz qalıb".
Elə həmin gün İsrail Müdafiə Qüvvələri Tehranda İslam İnqilabı
Keşikçiləri Korpusuna (SEPAH) məxsus bir neçə yanacaq saxlama
kompleksinə zərbə endirdiyini açıqlayıb.
HRW bu hücumların İranda yaşayan insanlar üçün uzunmüddətli ağır
fəsadlara yol aça biləcəyini vurğulayır.
"Bu zərbələr
ətraf mühitə və insanların sağlamlığına uzun illər ərzində dağıdıcı
təsir göstərə bilər. Bu isə böyük ehtimalla hərbi cinayət
deməkdir", – qurumun tədqiqatçısı Bahar Saba
yazıb.
"Görünən odur ki, İsrail qüvvələri gözlənən
uzunmüddətli zərərləri nəzərə almayıb… və buna görə hüquqi
məsuliyyətə cəlb olunmalıdırlar", – o əlavə edib.
İsrailin cavabı
HRW martın 26-da İsrail və İran rəsmilərinə izahat üçün müraciət
edib. İrandan cavab gəlməyib. İsrail rəsmiləri isə cavab olaraq
bildiriblər ki, zərbələr "fərqləndirmə, proporsionallıq və ehtiyat
tədbirləri prinsiplərinə uyğun şəkildə həyata keçirilib".
Cavabda o da deyilir ki, hədəf alınan obyektlərdən
"rejimin silahlı qüvvələrinin bölmələrinə, o cümlədən
aviasiya, pilotsuz uçuş aparatları və dəniz qüvvələrinə birbaşa
yanacaq təminatı üçün istifadə edilib".
HRW bildirir ki, neft anbarlarının mülki məqsədlər üçün istifadə
olunduğunu təsdiqləsə də, onların eyni zamanda hərbi məqsədlərə
xidmət edib-etmədiyini müəyyənləşdirə bilməyib. Məlumatlı bir
mənbənin quruma dediyinə görə, "anbarlarda yalnız benzin və dizel
olub… onlardan aviasiya, pilotsuz aparat və ya dəniz qüvvələrinin
ehtiyacları üçün istifadə edilməyib".
Hüquq müdafiə təşkilatı belə nəticəyə gəlib ki, ətraf mühitə və
sağlamlığa proqnozlaşdırıla bilən zərər nəzərə alındıqda, bu
hücumlar beynəlxalq humanitar hüquq baxımından ciddi narahatlıq
doğurur, hərbi cinayət kimi qiymətləndirilə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.