Müxalifətə keçmiş sabiq baş nazir Qiorqi Qaxarianın partiyası
altıncı prezident seçilmiş Mixeil Kavelaşvilidən və “Gürcü
Arzusu”nun liderlərindən
həbsdə olan mədənçilərin əfv edilməsini xahiş edir. Bu barədə
parlamentdə müxalif deputat Şalva Kereselidze danışıb.
“Çiaturalı mədənçilərin saxlanılması kəskin sosial
etiraz dalğası ilə bağlıdır. Bu etirazlar ağır yoxsulluq, əmək
şəraitinin pisləşməsi və dolanışıq mənbəyinin itirilməsi səbəbindən
‘Georgian Manganese’ şirkətinə qarşı yönəlmişdi...
Öz xalqınızla, gənclərlə barışın və həbsdə olan mədənçilər – Qiorqi
Neparidze, Merab Saralidze, Tenqiz Qvelesiani və Arçil Çumburidzeni
azad edin”, – deyə Şalva Kereselidze bildirib.
Mədənçilər həbsdə
2025-ci il 29 aprel tarixində polis Çiaturada dörd mədənçini
saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki,
saxlanılan şəxslər Şukruti mədəninin direktoruna fiziki xəsarət
yetirməkdə ittiham olunurlar.
Qiorqi Neparidze, Merab Saralidze, Tenqiz Qvelesiani və Açiko
Çumburidze Cinayət Məcəlləsinin 118-ci maddəsinin ikinci hissəsi
(qəsdən az ağır xəsarət yetirmə) ilə saxlanılıblar.
Saralidze və Neparidze mədən direktoruna qarşı zorakılığın
təşkilində və iştirakında, Çumburidze və Qvelesiani isə həmin
“təşkil olunmuş zorakılıqda” iştirakda ittiham olunurlar.
Cari ilin 20 yanvar tarixində Kutaisi Şəhər Məhkəməsinin hakimi
Tamar Mazanaşvili onlara aşağıdakı cəzaları təyin edib:
- Merab Saralidze – 6 il 3 ay;
- Qiorqi Neparidze – 6 il 3 ay;
- Tenqiz Qvelesiani – 4 il 3 ay;
- Arçil Çumburidze – 4 il 3 ay.
Hökmün elan edilməsi zamanı Kutaisiyə etirazçıların tərəfdarları da
gəlib və məhkəmə iclasından sonra etiraz aksiyası keçiriblər.
Mədənçilərin etirazı
Mədənçilər aylarla davam edən etiraz aksiyaları fonunda
saxlanılıblar.
- Etiraz dalğası Çiaturada 2025-ci ilin fevral ayının
sonunda başlayıb;
- Bu, Çiaturada manqan hasil edən “Georgian Manganese”
şirkətinin idarəedici şirkəti – “Chiatura Management Company”nin
(CMC) 2024-cü ilin payızında mədənlərin fəaliyyətini dayandırmaq
qərarından sonra baş verib;
- Mart ayında etiraz aksiyaları müvəqqəti olaraq
Tbilisiyə keçib;
- Bundan əlavə, həmin dövrdə Çiaturada Şukruti kənd
sakinlərinin etirazı artıq bir ildən çox idi ki, davam
edirdi.
Merab Saralidze və Qiorqi Neparidze bir müddət həbsdə aclıq
aksiyası keçiriblər. Onların saxlanılmasından sonra daha bir neçə
mədənçi də aclıq aksiyasına başlayıb, lakin nəticə əldə
olunmayıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.