Bu gün İsrail-Livan görüşü olacaq
Bu gün, aprelin 14-də İsrail və Livan təmsilçiləri Vaşinqtonda görüşəcəklər. Görüş Yaxın Şərq böhranının kritik dönəmində keçirilir. Bir həftə öncə ABŞ, İsrail və İran arasında kövrək atəşkəs qüvvəyə minib.

Görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio, İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter və Livanın ABŞ-dəki səfiri Nada Həmədə-Muavad iştirak edəcək.

1948-ci ildə İsrail yaradılandan bu iki ölkə texniki
müharibə vəziyyətində olub, bu, onların nadir görüşlərindən biridir.

"Hizbullah" qruplaşmasının etirazlarına baxmayaraq, Livan hökuməti İsraillə danışıqlara çağırıb.

"Hizbullah" martın 2-də Tehrana dəstək məqsədilə İsrailə atəş açıb. İsrailin bundan sonra başlatdığı hücumda azı 2 min nəfər öldürülüb, 1.2 milyon insan evindən didərgin düşüb, - Livan rəsmiləri belə deyir.

"Hizbullah"ın hücumları isə 13 israillin əsgərin və iki dinc sakinin ölümünə səbəb olub.

Livan dövləti 2024-cü ildə "Hizbullah" ilə İsrail arasında müharibədən sonra bu qruplaşmanı dinc yolla silahsızlaşdırmağa çalışır. Lakin bunu zorla etmək ölkədə yeni qarşıdurmaya səbəb ola bilər. Livan 1975-1990-cı illər vətəndaş müharibəsindən sonra xeyli zəifləyib. 2008-ci ildə Qərbin dəstəklədiyi hökumətin "Hizbullah"a qarşı addımları qısa vətəndaş müharibəsi ilə sonuclanıb.

ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google