İran: Müharibənin ilkin ziyanı 270 milyard dollardır
İlkin hesablamalara görə, ABŞ və İsrailin İrana hücumları təxminən 270 milyard dollarlıq ziyan vurub. Bunu İran hökumətinin sözçüsü bildirib.

"Danışıqlar qrupumuzun diqqətdə saxladığı məsələlərdən biri, İslamabad danışıqlarında da qaldırılan məsələ müharibə təzminatları ilə bağlıdır", – Fatimə Məhacirani Rusiyanın "RİA Novosti" dövlət agentliyinə deyib.

"İlkin və çox kobud hesablamalara görə, indiyədək dəyən zərər 270 milyard dollar civarındadır",
– o deyib. Sözçü bu rəqəmin yekun olmadığını, zərərlərin bir neçə səviyyədə araşdırılmalı olduğunu vurğulayıb.

ABŞ və İsrailin İranla müharibəsi altı həftəyə yaxın davam edib, İranın bir çox hərbi və təhlükəsizlik mərkəzləri hədəfə alınıb. ABŞ və İsrail hərbçilərinin məlumatına görə, 16 mindən çox hədəfə zərbələr endirilib.

İranda polad zavodları, Məhşəhr və Əsəluyeh şəhərlərindəki neft-kimya kompleksləri, körpülər hədəfə alınıb, nəticədə fəaliyyətini tam dayandırıb.

İranın BMT-dəki daimi nümayəndəliyi də quruma məktubunda ölkəsinin Yaxın Şərqin beş ölkəsindən təzminat tələb etdiyini bildirib. Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan müharibədə iştiraklarına görə təzminat istənildiyi bildirilir.

İran da müharibə zamanı həmin ölkələrdə müxtəlif hərbi və iqtisadi obyektləri hədəfə alıb. Hörmüz boğazını bağlayaraq Fars körfəzindən qlobal bazarlara neft, qaz və digər məhsulların daşınmasının qarşısını alıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google