Tramp: ABŞ-İran danışıqları iki günə Pakistanda davam edə bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-İran danışıqları iki günə Pakistanda davam edə bilər. Bu haqda "The New York Post" aprelin 14-də məlumat yayıb.

"Əslində, siz orada qalmalısınız, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər və biz başqa yerə deyil, ora getməyə daha çox meylliyik", – "Post" Trampın İslamabadda olduğu bildirilən jurnalistə belə
dediyini yazıb.

"Bunun ehtimalı böyükdür. Bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", – Tramp Pakistan ordusunun başçısı Asim Munirə eyhamla deyib.

Aprelin 11-12-də Pakistanın ev sahibliyi və vasitəçiliyi ilə ABŞ və İran arasında yüksəksəviyyəli görüş keçirilib. ABŞ-nin nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Bu, tərəflər arasında təxminən yarım əsrdə ilk belə yüksəksəviyyəli görüş idi.

Görüşdə razılaşma əldə olunmayıb, aprelin 12-də danışıqlar vaxtından əvvəl dayandırılıb və ABŞ nümayəndə heyəti İslamabadı tərk edib.

ABŞ və İran aprelin 7-də ikihəftəlik atəşkəslə bağlı razılıq əldə ediblər. Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google