Kafe, restoran və digər ictimai iaşə obyektlərində plastik
butulkada içki almaq artıq mümkün olmayacaq.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyinin məlumatına görə, bu qadağa 2026-cı il 1 iyul
tarixindən qüvvəyə minəcək.
Qurumun bildirdiyinə əsasən, ictimai iaşə obyektlərinin müştərilərə
içkiləri plastik butulkada təqdim etməsi qadağan ediləcək.
Nazirlik plastik istifadəsini azaltmaq məqsədilə hazırlanmış yeni
qaydaların mərhələli
şəkildə tətbiq olunacağını açıqlayıb.
2026-cı il 1 aprel tarixindən qadağan edilib
- Bu tarixdən etibarən aşağıdakı plastik məhsulların istehsalı
(ixrac üçün istisna olmaqla), idxalı və bazara çıxarılması
qadağandır:
- plastik çəngəl, bıçaq, qaşıq və çubuqlar
- plastik boşqablar
- plastik samanlar və içki qarışdırıcıları
- genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış
qida qabları və stəkanlar, həmçinin onların qapaqları
Eyni zamanda dövlət satınalmaları çərçivəsində plastik stəkanların,
konteynerlərin və 3 litrədək plastik butulkalarda içkilərin
alınması da qadağan edilib.
2026-cı il 1 iyul tarixindən qadağan ediləcək
- ictimai iaşə obyektlərinin müştərilərə birdəfəlik plastik qida
qablarında və stəkanlarda hazır yemək təqdim etməsi
- müştərilərə plastik butulkada içkilərin verilməsi
- 2031-ci il 1 fevral tarixindən qadağan ediləcək
- plastik butulkalarda içkilərin istehsalı (ixrac üçün istisna
olmaqla), idxalı və bazara çıxarılması
Bu qadağa 3 litr və daha böyük həcmli içməli suya, həmçinin 20 litr
və daha böyük həcmli digər içkilərə şamil olunmayacaq.
Qeyd edək ki, əvvəllər hökumətin qərarına əsasən plastik
butulkalarda içkilərin istehsalı və satışı 2027-ci il 1 fevraldan
qadağan edilməli idi. Lakin İrakli Kobaxidzenin 8 aprel tarixində
hökumət iclasında bildirdiyinə görə, biznes sektoru ilə aparılan
məsləhətləşmələrdən sonra bu qərarın qüvvəyə minmə tarixi 2031-ci
ilin 1 fevralına qədər təxirə salınıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.