Kafe və restoranlarda plastik butulkada içki satışı qadağan ediləcək – qayda nə vaxtdan qüvvəyə minir
Kafe, restoran və digər ictimai iaşə obyektlərində plastik butulkada içki almaq artıq mümkün olmayacaq. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu qadağa 2026-cı il 1 iyul tarixindən qüvvəyə minəcək.

Qurumun bildirdiyinə əsasən, ictimai iaşə obyektlərinin müştərilərə içkiləri plastik butulkada təqdim etməsi qadağan ediləcək.

Nazirlik plastik istifadəsini azaltmaq məqsədilə hazırlanmış yeni qaydaların mərhələli
şəkildə tətbiq olunacağını açıqlayıb.

2026-cı il 1 aprel tarixindən qadağan edilib
  • Bu tarixdən etibarən aşağıdakı plastik məhsulların istehsalı (ixrac üçün istisna olmaqla), idxalı və bazara çıxarılması qadağandır:
  • plastik çəngəl, bıçaq, qaşıq və çubuqlar
  • plastik boşqablar
  • plastik samanlar və içki qarışdırıcıları
  • genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış qida qabları və stəkanlar, həmçinin onların qapaqları
Eyni zamanda dövlət satınalmaları çərçivəsində plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda içkilərin alınması da qadağan edilib.

2026-cı il 1 iyul tarixindən qadağan ediləcək
  • ictimai iaşə obyektlərinin müştərilərə birdəfəlik plastik qida qablarında və stəkanlarda hazır yemək təqdim etməsi
  • müştərilərə plastik butulkada içkilərin verilməsi
  • 2031-ci il 1 fevral tarixindən qadağan ediləcək
  • plastik butulkalarda içkilərin istehsalı (ixrac üçün istisna olmaqla), idxalı və bazara çıxarılması
Bu qadağa 3 litr və daha böyük həcmli içməli suya, həmçinin 20 litr və daha böyük həcmli digər içkilərə şamil olunmayacaq.

Qeyd edək ki, əvvəllər hökumətin qərarına əsasən plastik butulkalarda içkilərin istehsalı və satışı 2027-ci il 1 fevraldan qadağan edilməli idi. Lakin İrakli Kobaxidzenin 8 aprel tarixində hökumət iclasında bildirdiyinə görə, biznes sektoru ilə aparılan məsləhətləşmələrdən sonra bu qərarın qüvvəyə minmə tarixi 2031-ci ilin 1 fevralına qədər təxirə salınıb.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google