İstehlakçıların hüquqlarının qorunması və mümkün maliyyə
fırıldaqlarının qarşısının alınması məqsədilə
Gürcüstanın Milli Bankı ödəniş xidmətləri ilə bağlı tələbləri
sərtləşdirir.
Qurumun yaydığı məlumata görə, dəyişikliklər müştərinin güclü
autentifikasiyası və maliyyə təşkilatlarının xidmət göstərərkən
istehlakçı hüquqlarının qorunması qaydalarına aiddir. Yeni qaydalar
xüsusilə 60 yaşdan yuxarı şəxslərin fırıldaqçılıq sxemlərindən
qorunmasını daha effektiv etməyi hədəfləyir.
Milli Bankın məlumatına əsasən, yenilənmiş tənzimləmələr
beynəlxalq
təcrübəyə əsaslanır və ödəniş xidməti göstərən qurumları 60 yaşdan
yuxarı müştərilərin hesablarından aparılan bəzi əməliyyatlar üzrə
risklərin daha yüksək standartlarla idarə olunmasına məcbur
edir.
Hansı əməliyyatlar riskli hesab olunacaq?
- Yeni qaydalara görə, aşağıdakı hallarda köçürmələr riskli və ya
şübhəli əməliyyat kimi qiymətləndirilə bilər:
- ödəniş məbləği 500 laridən çox olduqda və əməliyyat yüksək
fırıldaq riski olan sahələrlə bağlıdırsa;
- bu sahələrə onlayn “forex” ticarəti, investisiya platformaları,
qumar biznesi və virtual aktivlərlə bağlı fəaliyyət daxildir;
- müştərinin əvvəlki davranışına uyğun olmayan qeyri-adi xərcləmə
və ya əməliyyat davranışı aşkar edilərsə.
Banklar nə edəcək?
- Belə əməliyyat aşkar edilərsə, ödəniş xidməti provayderi:
- tranzaksiyanı müvəqqəti dayandırmalı və ya mümkün deyilsə icra
etməkdən imtina etməlidir;
- müştəri ilə əlaqə saxlayaraq onu məlumatlandırmalıdır,
beləliklə, fırıldaqçıların manipulyasiyası ilə əməliyyat aparılması
riski azalacaq.
Bundan əlavə, müştəri şübhəli və ya riskli əməliyyatı başladıqdan
sonra 48 saat ərzində son qərarını verə və bunu xidmət provayderinə
təsdiqləyə biləcək.
Qeyd olunur ki, Milli Bankın hazırladığı bu yeni qaydalar ilk
mərhələdə sentyabr ayından qüvvəyə minəcək və yalnız kart
əməliyyatlarına şamil ediləcək.
Milli Bank bildirir ki, xüsusilə pensiya yaşına yaxın vətəndaşların
hüquqlarının qorunması qurum üçün prioritet istiqamətlərdən biridir
və maliyyə sektorunda təhlükəsizliyin, sabitliyin və şəffaflığın
artırılması istiqamətində işlər davam etdiriləcək.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.