Siğnağidə heyvana qarşı amansız rəftar ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Siğnaği rayon idarəsinin əməkdaşları heyvana qarşı amansız rəftar ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Z.Ç.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Siğnağidə iti bir alətdən istifadə edərək sahibsiz itə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Sahibsiz heyvan sığınacağa aparılıb və hazırda ona müvafiq tibbi yardım
göstərilir.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləri nəticəsində Z.Ç. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə aparılır. Həmin maddə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google