Zuqdididə külli miqdarda narkotik vasitə işi üzrə 2 nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin Zuqdidinin rayon idarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışının təşviqi ittihamı ilə iki nəfəri saxlayıblar.

Saxlanılan şəxslər 1985-ci il təvəllüdlü F.A. və 1956-cı il təvəllüdlü R.L.-dir.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, həmçinin baxış və istintaq eksperimenti zamanı onların göstərdiyi
yerlərdən satış üçün hazırlanmış, 107 bağlamaya qablaşdırılmış “metadon” növü narkotik vasitə maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı “kvarta” maddələri ilə aparılır. Həmin maddələr 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google