2026-cı ilin yanvar-mart aylarının məlumatlarına görə, Gürcüstanda
997 529 beynəlxalq turist səfəri qeydə alınıb
ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4% və ya 38 582
səfər çoxdur. Bu barədə məlumatı Milli Turizm Administrasiyası
yayıb.
Qurumun bildirdiyinə görə, turistik səfərlərin artımı baxımından
2026-cı ilin birinci rübündə yeni rekord göstərici qeydə
alınıb.
“2026-cı ilin ilk üç ayında Gürcüstana 1 300 505 beynəlxalq
səyahətçi səfər edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 1.1% və ya 14 323 səfər azdır.
Üç ay ərzində ən çox səfər Türkiyədən qeydə alınıb və bu rəqəm 238
368 təşkil edib. Ziyarətçilərin ilk 15-liyində qonşu ölkələrlə
yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, İsrail, Qazaxıstan,
Çin, Hindistan və digər hədəf ölkələr də yer alır.
2026-cı ilin birinci rübünün məlumatlarına əsasən, Avropa İttifaqı
ölkələrindən və Böyük Britaniyadan səfərlərin rekord göstəricisi
qeydə alınıb və bu rəqəm 96 226 olub ki, bu da 2025-ci ilin eyni
dövrü ilə müqayisədə 30.2% çoxdur:
- Almaniya +37.6%
- Polşa +34.3%
- Birləşmiş Krallıq +45.7%
- İtaliya +70.7%
- Yunanıstan +21.7%
- Fransa +24.7%
- Slovakiya +87.6%
- Litva +29.9%
- İspaniya +44.4%
- Niderland +25.8%.
Aşağıdakı strateji bazarlardan da xüsusi artım müşahidə olunub:
- Çin +48.6%;
- Amerika Birləşmiş Ştatları +19.3%;
- Koreya Respublikası +67.2%;
- İsveçrə +33.7%.
İranda davam edən müharibə bir sıra ölkələrdən Gürcüstana səfər
edənlərin sayına mənfi təsir göstərib, lakin Fars körfəzi
ölkələrindən gələn ziyarətçilərin sayı ümumilikdə illik müqayisədə
artıb”, – deyə administrasiyanın yaydığı məlumatda qeyd olunur.
Daha konkret olaraq, administrasiyanın məlumatına görə, İranda
davam edən müharibə və ləğv edilmiş uçuşlar aşağıdakı ölkələrdən
gələn ziyarətçilərin sayına mənfi təsir edib:
- İran – 48.8% azalma;
- Hindistan – 29.5% azalma;
- İsrail – 17.5% azalma.
Bununla belə, Turizm Administrasiyasının məlumatına əsasən, 2026-cı
ilin birinci rübündə ümumilikdə Fars körfəzi ölkələrindən
ziyarətçilərin sayı 8.2% artıb:
- Səudiyyə Ərəbistanı +36.3%;
- Bəhreyn +20.9%;
- Birləşmiş Ərəb Əmirlikləri – 19.8%
azalma;
- Küveyt – 18.7% azalma;
- Qətər – 7.4% azalma;
- Oman +1.1%.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.