Aprelin 15-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya yüzlərlə dron
və raketlərlə hücum edib.
Bir neçə regionun rəsmiləri yaralılar və dağıntıların olduğunu
bildirib.
Zaporojyedə 74 yaşlı qadın həlak olub. Vilayət hərbi
administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, qadın
avtobus dayanacağı yaxınlığındakı köşkdə olub. Rusiyanın hücumu
nəticəsində çoxmərtəbəli binalar, təsərrüfat tikililəri və
dayanacaqdakı avtomobillər zədələnib. Köşk isə dağılıb.
Dneprdə
Rusiyanın hücumu nəticəsində üç nəfər xəsarət alıb,
Xersonda bir yerli sakin yaralanıb. Çerkasıda isə dron zərbəsindən
dörd nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib.
Rusiya dronları gecə saatlarında Odessa vilayətinin limanlarına və
Sumıda bir müəssisəyə də hücum edib. Kiyev vilayəti də zərbələrə
məruz qalıb, Bila Tserkvada yanğınlar baş verib.
Ukrayna Silahlı Qüvvələri bildirir ki, Rusiya hərbçiləri gecə
Ukraynaya 324 dron və üç "İskəndər-M" ballistik raketi buraxıb.
Rusiya, hələlik, hücumu şərh etməyib. Məlumatı müstəqil təsdiqləmək
də mümkün olmayıb.
Bir gün öncə Rusiyanın Dneprə zərbəsi nəticəsində beş nəfər həlak
olub, hücum zamanı kafe və ərzaq mağazasının yerləşdiyi bina zərər
görüb. Bu gün şəhərdə matəm elan edilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.