Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci ildən bəri
ilk dəfə Türkiyədə illik beynəlxalq konfransa qatılmayacaq.
Bu tədbirə hər il onlarla xarici lider və yüksəkvəzifəli şəxs
qatılır.
Son dörd ildə Mirzoyan Antalyada konfranslar çərçivəsində panel
müzakirələrdə çıxış edib, türkiyəli, azərbaycanlı həmkarları ilə
ikitərəfli görüşlər keçirib.
Rubinyan da getmir
Builki Antalya Diplomatiya Forumuna qatılmamaq qərarını isə
Ermənistan
Xarici İşlər Nazirliyi şərh etməyib. Forumun rəsmi
saytında bildirilir ki, Ermənistanı Mirzoyanın müavini Vaan
Kostanyan təmsil edəcək.
Parlamentin sədr müavini Ruben Rubinyan da bu həftənin sonunda
Antalyaya getməyəcəyini təsdiqləyib. O, qərarının səbəbini
açıqlamayıb.
"Mən niyə hər dəfə ora getməliyəm?", –
Rubinyan jurnalistlərə deyib.
Rubinyan Yerevanı Ankara ilə normallaşma danışıqlarında təmsil
edir. O, Türkiyənin xüsusi elçisi Serdar Kılıç ilə bir neçə raund
danışıqlar aparıb, 2022-ci ildə iki ikitərəfli saziş imzalanıb. Bu
sazişlərdən biri Türkiyə-Ermənistan sərhədinin diplomatik pasport
sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılmasını nəzərdə
tutur. Ancaq bu razılaşma hələlik gerçəkləşməyib. Ankara Yerevanla
münasibətlərinin normallaşmasını Ermənistan-Azərbaycan
münaqişəsinin Azərbaycan üçün məqbul həlli ilə şərtləndirir.
Fidanın tənqidlərə yol açan bəyanatı
Türkiyə mediası ötən ilin sonlarında yazırdı ki, Ankara
Ermənistanda parlament seçkiləri ərəfəsində - martda sərhədi qismən
açmağı planlaşdırır. Türkiyənin xarici işlər naziri Hakan Fidan
yanvarda bu seçkilər kontekstində baş nazir Nikol Paşinyanı
tərifləyib.
Ermənistan müxalifəti Türkiyə hökumətini ölkənin daxili işlərinə
qarışmaqda suçlayıb. Paşinyanın siyasi müttəfiqləri isə Fidanın
Ermənistan liderini dəstəkləmədiyini bildiriblər.
Fidanın açıqlamasından öncə Paşinyanın siyasi rəqibləri iddia
edirdilər ki, Türkiyə və Azərbaycan 'Mülki Müqavilə' partiyasının
seçkilərdə qələbə qazanması üçün hər cür dəstəyi verə bilər.
Müxalifət cinahı illərdir Paşinyanı öz hakimiyyətini qorumaq naminə
Ankara və Bakıya birtərəfli güzəştlərdə ittiham edir. Baş nazirin
komandası isə bu iddiaları qəti şəkildə rədd edir.
"Paşinyan hökuməti nəhayət dərk edib ki, Türkiyə
Ermənistana qarşı düşmənçilik fəaliyyətinə son qoymaq üçün konkret
addımlar atmadığı müddətcə, Antalya Forumunda yüksək səviyyədə
təmsil olunmaq mənasızdır". Bu fikirləri Ermənistan
parlamentinin müxalif deputatı Geqam Manukyan səsləndirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.