Azərbaycan Dövlət Neft Fondu (ADNF), Çin İnvestisiya Korporasiyası
və İndoneziya İnvestisiya Qurumu "Galaxy Orientis"
Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.
Bu barədə ADNF aprelin 15-də məlumat yayıb.
Vurğulandığına görə, platforma Çin ilə ASEAN regionu arasında
kapital axınlarını stimullaşdırmaq və sənaye əməkdaşlığını
gücləndirmək məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi
əsasında fəaliyyət göstərəcək.
Açıqlamaya görə, ilkin
mərhələdə platformaya 520 milyon ABŞ dolları
cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları müəyyən
edilib.
Proqramın baş tərəfdaşı "China Galaxy Securities" şirkətidir.
Fondun yaradılması ilə bağlı sənədlərin imzalanma mərasimi iki gün
öncə, aprelin 13-də Pekində keçirilib.
Bugünlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov da demişdi ki,
Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında
birgə investisiya fondunun yaradılması imkanları nəzərdən
keçirilir.
Fond haqqında
Hazırda ADNF-in məcmu aktivlərinin 73 milyard dollar civarında
olduğu bildirilir.
ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən
köçürülməyə başlayıb. Yarandığı vaxtdan indiyədək Fondun ümumi
gəlirlərinin 215 milyard ABŞ dollarından çox olduğu deyilir.
Fondun hesabatlarına görə, daxil olan vəsaitlərin böyük hissəsi
dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin
maliyyələşdirilməsinə yönəldilir.
Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir
hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli
sayırlar.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi
baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında
strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul
edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş
pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi
haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda,
Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla
əməkdaşlığı da gücləndirib.
Müxalifət isə hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri
genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək
lazımdır.
Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə güclənən
əməkdaşlığa xələl gətirə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.